У нас вы можете посмотреть бесплатно Qadınlar,Diqqət! Kista bu yaşda yaranır - Əlamətləri bunlardır или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#kista #yumurtaliqkistasi #qadinlar Şəhla Hüseynova (Ginekoloq) Tel: 050 989 82 52 İnstaqram: Ginekoloq_shehla.huseynova. / ginekoloq__shehla.huseynova Yumurtalığın kistası – yumurtalıqda yerləşən içərisi maye və ya sərt toxumalarla dolmuş boşluqlardır. “Kista” sözü yunan dilindən yaranıb: “kystis” - kisə deməkdir. İndiki zamanda “yumurtalığın kistası” diaqnozu bir çox xanimlarda rast gəlinir, bu şikayətlə bizə gündəlik müraciət edirlər. Əksər hallarda yumurtalığın kistası diaqnozu kiçik çanaq və qarın boşluğu orqanlanrının ultrasəs müayinəsi zamanı aşkar edilir. Kistanı nəinki həkim-ginekoloqlar, həmçinin terapevtlər, cərrahlar, uroloqlar da aşkar edə bilərlər, hansılara ki xanımlar qarın nahiyyəsindəki ağrılarla müraciət edirlər. Bu ağrılar apendisiti və bağırsaq kolikasını yaradan ağrıları xatırladır. Bilməyiniz vacibdir! Aşağıda qeyd olunan əlamətlər yumurtalığın kistasına xasdır: ⦁ Qarının aşağı nahiyəsində güclü ağrılar hiss edirsinizsə - tez bir zamanda həkimə müraciət edin – bu əlamətlər kistanın burulması, yırtılması zamanı yaranır. ⦁ Cinsi əlaqə zamanı və fiziki təzyiq zamanı yaranan ağrılarda yumurtalıq kistasının əlamətləri ola bilər. ⦁ Aybaşı siklinin pozulmasına (aybaşı gecikmələrinə, aybaşı sikli arası qanaxmalara) mütləq diqqət edin, onlar da yumurtalıq kistasının əlamətləri ola bilər. ⦁ Kista həmçinin sidik ifrazının pozulmasına səbəb olur. Yumurtalığın kistaları nə ilə təhlükəlidir? Onları necə müalicə etmək olar? Yumurtalığın kistalarını müalicə etməzdən əvvəl onun yaranma səbəbini araşdırmaq lazımdır. Adətən ginekoloqlar USM müayinəsi ilə diaqnoz qoyurlar. Həmçinin, kistanın etiologiyasını araşdırmaq üçün ginekoloq pasienti əlavə müayinələrə yönəldə bilər – onkomarkerlərin analizi, MRT diaqnostika və s. Bu günkü gün kistaların 2 əsas növünü qeyd edirik: həqiqi və funskional kistalar- hansılar ki hormonal pozuntular zamanı yaranır. Funksional kistanı aşkar etdikdə ona müəyyən müalicə təyin edilir, həmçinin aybaşı bitdikdən sonra təkrar müayinə edilir. Ən çox rast gəlinən funksional kista “sarı cism kistasıdır”, hansı ki ovulyasiyadan sonra əmələ gəlir və müalicə olunmadan geri sorulur. Həmçinin funksional kistanın növlərindən follikulyar kistanı ayırd etmək olar – bu kistalar aybaşı bitdikdən sonra öz-özünə geriyə sorulurlar. Həqiqi kistalar - mütləq müalicə tələb edir, çünki orqanizmə ciddi ziyan verə bilər.Həqiqi kistalar ağrılar verir, burulma, yırtılma, böyümə və bədxassəli şişə çevrilmə ehtimalı var. Yumurtalıq kistasının cərrahi yolla çıxarılması necə baş verir? Kistanın laparoskopik əməliyyatla çıxarılması Bü gün endoskopik müalicə - laparoskopik əməliyyat keçirmək üçün hər bir şərait var. Göbək nahiyyəsində bir dəlik açılır. Əməliyyat ümumi anesteziya altında 30 deq - 1 saata kimi davam edir, əməliyyat zamanı yalnız kistanın kapsulası çıxarılır, yumurtalığa toxunulmur. Sonra, müalicə təyin etmək üçün çixarılmış kistanın etiologiyası araşdırılır. Kista əməliyyatından sonra xanimlar özlərini çox yaxşı hiss edirlər. Əməliyyatdan bir neçə saat sonra ayağa qalxmaqa icazə verilir.