У нас вы можете посмотреть бесплатно Autizm Uşaqlar Necə Olur? - Autizmin Bütün Əlamətləri или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#Psixologiya #loqoped #autizm Neurobis Psixologiya, Nitq İnkişafı və Reabilitasiya Mərkəzi Instagram - neurobis.az Mobil - (+994) 50 668-41-08 Ünvan - 4-cü mkr, H.Seyidzadə 2A Autizm — üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir pozğunluqdur.[2] Bu əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırar. Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır və ASP-nin mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindən yoxsa nadir görülən mutasiyalardan qaynaqlandığı çox açıq deyil. Nadir hallarda doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Digər görüşlərə görə isə uşaqlıqda edilən peyvəndlər kimi səbəblər mübahisəlidir və peyvənd mənşəli fərziyyələri təsdiqləyən elmi dəlillər yoxdur. Son illərdə aparılan araşdırmalar autizmin yayılmasını 1.000 adama bir ya da iki halda olaraq təxmin edir, eyni araşdırmalardakı təxminlərə görə ASP təxminən 1.000 adamda altı haldadır və kişilərdə rast gəlinmə nisbəti qadınlara görə 4,3 dəfə daha çoxdur. Autizm hallarının sayı 1980-ci illərdən bəri olduqca çox nisbətdə artmışdır. Bunun səbəbi qismən diaqnoz qoyma üsullarındakı dəyişikliklərdir; gerçək prevalansın artıb artmadığı məlum deyil. Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər. Erkən davranış ya da qavrayış müdaxilələri uşaqların özünə baxa bilmə bacarığı ilə ictimai və ünsiyyət bacarıqlar qazanmasına köməkçi ola bilər. Autizmin müalicəsi yoxdur. Autistik uşaqların çox azı yetkin olduqdan sonra sərbəst həyatda müvəffəq ola bilməkdədir.