У нас вы можете посмотреть бесплатно Azərbaycan məktəblisi 72 min dollarlıq təqaüd qazandı - Baku TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Azərbaycan məktəblisi 72 min dollarlıq təqaüd qazandı - Baku TV Pirəkəşkül tam orta məktəbinin şagirdi Nilufər Şükürova dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan “NYU Shanghai” Universitetinə 90 % təqaüdlə qəbul olan ilk azərbaycanlı şagird kimi tarixə düşüb. O, yüksək akademik göstəriciləri və güclü analitik düşüncə qabiliyyəti ilə seçim komissiyasının diqqətini çəkib. “Xaricdə oxumaq böyük arzularımdan biri idi. Altıncı sinifdən bəri müxtəlif universitetləri araşdırırdım. Bir film vasitəsilə Nyu-York Universiteti qarşıma çıxdı”, – deyə Nilufər Şükürova bildirib. O əlavə edib ki, Amerika universitetlərinə qəbul üçün təkcə imtahan nəticələri deyil, dərsdənkənar fəaliyyətlər də nəzərə alınır: “Buna görə mən Azərbaycan Dövlət İqtisad Universitetinin marketinq üzrə assistent professoru ilə elmi məqalə yazmışam və bir şirkətdə media və kommunikasiya üzrə təcrübə keçmişəm”. “NYU Shanghai” dünyanın aparıcı ali təhsil şəbəkələrindən biri olan Nyu-York Universitetinin Çin Xalq Respublikasında fəaliyyət göstərən qoludur. Universitetdə tələbələrin yarısı Çindən, digər yarısı isə dünyanın müxtəlif ölkələrindən seçilərək qəbul olunur. Nilufər Şükürova 72 min ABŞ dolları məbləğində təqaüd qazanıb. Təqaüd təhsil haqqını və digər akademik xərcləri əhatə edir. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv ❂❂❂❂❂ 2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #bakutvxəbər baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan