У нас вы можете посмотреть бесплатно Hədəf STEAM Liseyi | Firudin Cəlilov balabilgələrə ustad dərsi keçib или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Cəlilov Hədəf Liseyinin Nəsimi filialında “Turan Balabilgə Akademiyasının” üzvələrinə və liseyin balabilgələrinə “Qədim türk tarixi-Urmu nəzəriyyəsi” mövzusunda ustad dərsi keçib. Turan Balabilgə Akademiyasının “Tarix və Mədəniyyət” bölməsinin rəhbərləri Araz Vəlizadə və Abbas Abdulzadə əvvəlcə Firudun Cəlilovun həyatı və elmi fəaliyyətinə dair salyd-təqdimat ediblər. Ustad dərsində balabilgələrin Urmu gölü ətrafında qədim sənətkarlıq, ticarət, toponimlər, etnonimlərlə bağlı sualları cavablandırılıb, izah və iqtibaslar verilib, Azərbaycan dilinin və əlifbasının tarixi, dilimizin saflığının qorunması mövzularında təqdimatlar edilib. Qeyd edək ki, “Turan Balabilgə Akademiyası” Birinci Türkoloji Qurultayın 100 illiyi ərəfəsində-2025-ci il dekabrın 5-də Hədəf Liseyində təsis edilib. Akademiya hazırda 6 bölmə üzrə fəaliyyət göstərir. Üzvlər üçün ardıcıl olaraq görkəmli alim və mütəxəssislərin iştirakı ilə elmi araşdırmalar və ustad dərsləri təşkil edilir.