У нас вы можете посмотреть бесплатно Hothaifa Kaeed Zumər surəsi حذيفة الكعيدسورة الزمر или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Hothaifa kaeed حذيفة الكعيد MÜXTƏLİF QARİLƏRİN SƏSİ İLƏ ZUMƏR SURƏSİ RAD ƏL KURDİ ZUMƏR SURƏSİ 65-75 • Zumər surəsi 65-75 ci ayələr oxuyan Rad əl... VADİ ƏL YƏMƏNİ ZUMƏR 53 • 🎙️WADİ ƏL YƏMƏNİ - ZUMƏR(53) ZUMƏR SURƏSİ ABDUL MƏCİD ƏL ARAKANİ • Zumər surəsi Abdul Məcid əl Arakani سورة ا... • Huzeyfə əl Kəid • Hothaifa Al Kaeed Muminun surəsi 93-118 حذ... • Hothaifa kaeed Furqan surəsi حذيفة الكعيد ... HUZEYFƏ ƏL KƏİD 👆 BİZİ DİGƏR ŞƏBƏKƏLƏRDƏ İZLƏMƏYİ UNUTMAYIN You tube Quran Dinle / @quranikerimdinle Facebook Quran Dinlə https://www.facebook.com/groups/5521103320... Instagram Quran Dinle https://instagram.com/quran_dinle?igshid=1... Telegram Quran Dinle https://t.me/QuranDinleyin Tik Tok Quran Dinle https://vm.tiktok.com/ZSJTQpboX/ 39. əz-Zumər surəsi "Zümrələr" surəsi, 75 ayə, Məkkədə nazil olub. Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" 54. Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. 55. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun! 56. Sonra kimsə deməsin ki: "Allaha qarşı etdiyim etinasızlıqlara görə vay mənim halıma! Həqiqətən, mən dinə və dində olanlara rişxənd edənlərdən idim!" 57. Yaxud deməsin: "Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!" 58. Həm də əzabı gördüyü zaman deməsin: "Kaş ki, bir də dünyaya qayıdaydım, yaxşı işlər görənlərdən olardım!" 59. Xeyr! Ayələrim sənə gəlmişdi, sən isə onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun". 60. Sən Qiyamət günü Allaha qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məgər Cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur? 61. Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. 62. Allah hər şeyin Xaliqidir. O, hər şeyi Qoruyandır. 63. Göylərin və yerin açarları Ondadır. Məhz Allahın ayələrini inkar edənlər ziyana uğrayanlardır. 64. De: "Mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz, ey cahillər?" 65. Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. 66. Sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!" 67. Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır. 68. Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar. 69. Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, əməllər yazılmış kitab hər kəsin qarşısına qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir. 70. Hər kəsə öz əməlinin əvəzi tam veriləcəkdir. Allah onların nə etdiklərini yaxşı bilir. 71. Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: "Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?" Onlar: "Əlbəttə, gəlmişdi!"– deyəcəklər. Lakin əzab Sözü kafirlər barəsində gerçəkləşdi. 72. Onlara: "İçində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin!"– deyiləcək. Təkəbbürlülərin yeri necə də pisdir! 73. Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: "Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!" 74. Onlar deyəcəklər: "Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!" 75. Sən mələklərin, Ərşi əhatə edərək, Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların arasında ədalətlə hökm veriləcək və: "Aləmlərin Rəbbi olan Allaha həmd olsun!"– deyiləcəkdir. #huzeyfəəlkəid#zumərsurəsi#qurandinlə