У нас вы можете посмотреть бесплатно Hamiləlikdə Qanama SƏBƏBİ или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
tel: +994 50 797 17 07 İnstagram: dreminhaqverdiyev Digər Youtube kanalımız: / @yorgunginekoloq327 Erkən dövrlərdə – 15 həftəyə qədər patologiyanın səbəbləri Bəzən qəhvəyi rəngli yaxmaşəkilli ifrazat hamiləliyin lap əvvəllərində – 2 həftəyə qədər ola bilər. Bəzi qadınlar onu səhvən aybaşı kimi qiymətləndirir. Əslində isə, bu, döl yumurtasının uşaqlıq divarına birləşməsinin nəticəsidir. İmplantasion qanaxma bir qədər gec, hətta 5-ci həftədə də ola bilər. lakin, o, təhlükəli deyil və diskomfort vermir. Hamiləliyin əvvəllərində cinsi əlaqədən sonra qanaxma ola bilər. Əgər o çox deyilsə, qorxmağına dəyməz. Yox, əgər, müntəzəmdirsə və digər mənfi hisslərlə müşayiət olunarsa, deməli, hamiləliyin pozulma təhlükəsi var. Hamiləlik zamanı qanaxmanın əsas səbəblərinə baxaq: Açılış. Hamiləliyin 28 həftəsinə qədər özbaşına abort. O, müxtəlif səbəblərdən baş verir. Onların arasında – cinsiyyət orqanlarının patologiyaları, endokrin və infeksion xəstəliklər, dölün genetik patologiyaları, stresslər, həddən artıq fiziki gərginlik və ya alınmış travmalar var. Hamiləliyin 8-ci həftəsində baş verən qanaxmada hamiləliyin pozulma riski çox yüksəkdir. Uşaqlıqdankənar boru hamiləliyi. Boruların keçiriciliyində problem yarandıqda, döl yumurtası uşaqlıq boşluğuna düşə bilməyib, borunun divarına bitişir. Bu zaman, qanaxma hamiləliyin ən çox 6-cı həftəsində, uşaqlıq borusunun artıq genişlənə bilmədiyi zamanı baş verir. Bu, qadının vəziyyəti üçün çox təhlükəlidir və təcili cərrahi əməliyyat tələb edir. Ölmüş hamiləlik. Adətən erkən mərhələlərdə baş verir. Ölmüş hamiləlikdə qanaxma güclü olmur, adətən qarnın aşağısında zəif ağrılarla müşayiət olunur. Bu halda uşaqlıq boşluğunu qaşımaq lazımdır. Beçəxor. Bu patologiyada qanlı ifrazat kiçik qovuqcuqların xaric olması ilə müşayiət olunur. Vakuum-aspirasiya və bəzən hətta uşaqlığın çıxarılması göstərişdir. Uşaqlıq boynu eroziyası, miomalar, poliplər. Bu törəmələr bilavasitə hamiləliklə əlaqədar deyil, amma 3-4 həftəlikdə və sonralar qanaxma verə bilər. Infeksion xəstəliklər. Onlar təkcə qanaxma törətmir, həm də dölün inkişafına zərər yetirə bilər. Buna görə də, bu cür xəstəliklər təcili müalicə tələb edir. Progestronun səviyyəsinin az olması. Uşaqlıq boynu xərçəngi. Bunlardan başqa, bəzi prosedurlar, məsələn, göbək ciyəsindən qan götürülməsi – kordosentez və ya dölyanı mayenin punksiyası – amniosentez zəif qanaxma verə bilər. Açılış zamanı uşaqlıq yığılaraq ölmüş dölü xaric etməyə çalışır. Bu zaman əlamətlərdən biri – laxta ilə qan (bəzən hətta döl fraqmentlərilə) ifraz olunmasıdır. Əgər hamiləliyi saxlamaq mümkün olmazsa və açılış baş verərsə, mütləq uşaqlıq boşluğu qaşınmalıdır, çünki, döl yumurtasının hətta ən kiçik qalığı belə infeksion prosesə və digər fəsadlara səbəb ola bilər. Laxtaların olması da ölmüş hamiləlikdən xəbər verə bilər. Hamiləliyin 10-cu həftəsində laxtalanma sistemində problem olduqda qanaxma ola bilər. 11-ci həftədə hamiləliyin pozulma riski azalır, amma, bu o demək deyil ki, qanlı ifrazat qadını şübhələndirməməlidir. Onlar aktiv cinsi əlaqədən, fiziki travma və ya istilikvurmadan sonra, məsələn, saunaya getdikdə ola bilər. Hamiləliyin 13-15-ci həftəsində qadın döldə inkişaf qüsurlarının olmasına görə müayinə olmalıdır. Belə analizlər hamiləliyin ikinci yarısında baş verən fəsadlardan qaçmağa imkan verəcək.