У нас вы можете посмотреть бесплатно QUBANIN YERFİ KƏNDİNİN YOLU YENİDƏN QURULUR или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Kəndin girişində körpü tikilir Dövlət başçımızın tapşırığına əsasən Quba rayonunun ucqar dağ kəndlərində yol-infrastruktur layihələrin icrası davam etdirilir. Qubanın Yerfi kəndi 1500 metr yüksəklikdə,rayon mərkəzindən isə 50 km-dən artıq məsafədə yerləşir.Uzun illər bu kəndin sakinləri və qonaqlar yolsuzluq problemi yaşayıb.Əsaslı təmirə ehtiyacı olan kənd yolu payız-qış mövsümündə daha keçilməz olurdu.Xüsusən də Yerfinin girişindəki çay ərazisindən. Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev bir neçə ay öncə Yerfi kəndində keçirdiyi səyyar görüş-qəbul zamanı kənd sakinləri müraciətlərində yolun əsaslı təmiri və kəndin girişində çay üzərində körpü tikintisi məsələsini qeyd etmişdilər. Yerfililərin əsaslı müraciətini nəzərə alan Quba rayon icra hakimiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentli bu istiqamətdə məqsədyönlü tədbirlərin icrasına başlayıb. Az müddət ərzində Quba-Qonaqkənd yolu ayırıcından Yerfi kəndi istiqamətdə torpaq genişləndirmə işləri başa çatdırılıb.Hazırda kəndin girişində çay üzərində yeni körpünün inşası yekunlaşmaq üzrədir.Əraziyə gələn Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevə Qonaqkənd-Yerfi yolunun əsaslı təmiri və körpü tikintisi ilə bağlı ətraflı məlumat verilib.Bildirilib ki, yeni körpü Novruz bayramı ərəfəsində istifadəyə veriləcək.Rayon icra hakimiyyətinin başçısı Quba- Qonaqkənd yolunun Təngəaltı dərəsi ərazisindən keçən hissəsində görülən işlərlə də maraqlanıb.Məlumat verilib ki, buradakı qayalıqlar xüsusi texnikalar vasitəsilə yarılaraq yol genişləndirilir. ☎ +994 23 33 55 64 📱 +994 55 237 86 01 📍 Quba / H.Əliyev pr.219 🌐 www.qafqaztv.az https://www.qafqaztv.az / qafqaztv.az / qafqaztv.az / qafqaztvaz