У нас вы можете посмотреть бесплатно 31 mart Azerbaycanlilarin soyqirimi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
2018.03.29 tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllim - tələbə heyəti “31 mart-Azərbaycanlıların soyqırımı”na həsr olunmuş tədbirdə iştirak etdilər. Vaxtı ilə kollecimizin “Müalicə işi” şöbəsində təhsil alan, 1992-ci ildə Şuşada qəhrəmancasına həlak olan Ağayev Nazim Ziyad oğlu, Nadirov Aslan Tanrıverdi oğlunun və 1918-ci ilin mart ayında Azərbaycanlıların kütləvi surətdə qırğına, repressiyalara məruz qalan, doğma yurdlarından sürgün edilən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kollecin direktoru t.e.n D.Ə.Məmmədəliyeva və İctimai fənlər müəllimi K.Sadıqova çıxış etdilər. Sonra tələbələrin hazırladığı bədii kompozisiya təqdim olundu. Kollecin həyətində qurulan abidənin önünə qərənfillər qoyuldu.