У нас вы можете посмотреть бесплатно Musa Yaqub-Öyrətmə özünə, öyrətmə məni (ifa Xəzər Süleymanlı) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
şeir: Musa Yaqub ifa: Xəzər Süleymanlı Atv / Günün Sədası / Nanə Ağamalıyeva Taleyin qisməti rast saldı bizi. Yolumuz haradasa qırılacaqsa, İtirəcəyiksə, bir-birimizi, Xatirəm yadında qalmayacaqsa, Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa, Gəl məni, özünə öyrətmə məni, Hicran qorxusuyla göynətmə məni. Əlimi saçıma öyrətmə belə, Gözümü gözünə öyrətmə belə, Üzümü üzünə öyrətmə belə, Mən bir az baharlı budaq kimiyəm, Bir az da sadəlövh uşaq kimiyəm. Bala atasına qovuşan kimi, Leylək yuvasına yovuşan kimi, Arı gül-çiçəyə uyuşan kimi, Eh, mən də adama tez yovuşanam, Sevgi atəşində tez alışanam. Amma ki, sönməyim çox çətin olur, Sevgidən dönməyim çox çətin olur, Öyrətmə özünə, öyrətmə məni. Bəlkə gözləmirdik bu xoş görüşü, Yaman qəribədir dünyanın işi; Heç vaxt yollarında dayanmadığın, Heç həndəvərində dolanmadığın Gəlib birdən sənə nə şirin olur! Ömrünün içində ömür doğulur. Bu şirinim acı olacaq isə, Bir qismət çiçəyim solacaq isə, Öyrətmə özünə, öyrətmə məni. Könlümdə yerin var, qopmaz yerindən, Bir əkiz ləçəyi, haça budağı Ayırmaq olmursa biri-birindən, Məni də ayırmaq çətindir, axı Öyrətmə özünə, öyrətmə məni. Yox buna taqətim, yox buna tabım, Əlimi əlindən üzmək əzabım, Sonra bu əzaba dözmək əzabım… Yoxsa da, könlümün sınıqları var- Hicranın köz basmış yanıqları var Mənim dərdlərimin ayaqları var- Harda olsa, gəlib tapacaq məni. Yanıb yandıracaq bu alov səni Gəl məni özünə öyrətmə belə, Əlimi əlinə öyrətmə belə, Gözümü gözünə öyrətmə belə… #xezersuleymanli #xəzərsüleymanlı #atvcanli