У нас вы можете посмотреть бесплатно Qaraciyərin epitelioid hemangioendotelioması или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Qaraciyərin epitelioid hemangioendotelioması - nadir rast gəlinən, aşağı-orta dərəcəli bəd xassəli damar şişidir. Xəstəlik daha çox qadınlarda qeydə alınır, pik rast gəlmə 30-40 yaş arasında olur. Histoloji olaraq bu şişlər dendritik və epitelioid hüceyrələrdən təşkil olunmuşdur. Şiş hüceyrələri üzükvari strukturlar şəklində görünür. Bunlar əsasən qaraciyərdə periferik paylanmış, çoxsaylı bərk şiş düyünləridir, hansı ki, bir-birilə birləşməyə meyillidirlər. Kapsula qonşuluğunda olan düyünlər adətən qaraciyər kapsulasının retraksiyasına səbəb olurlar. Ultrasəs müayinəsi zamanı hipoexogen, qarışıq və hiperexogen ola bilərlər. Kompyuter Tomoqrafiya müayinəsi zamanı qaraciyərin hər iki payında periferik və ya subkapsullyar paylanmış iri ocaqlarda halo və ya target patternində kontrastlanma ilə təzahür olunan daha böyük konflüent hipodens sahələrin yaranması ilə müşayiət olunan çoxsaylı hipoattenuasiyalı ocaqlar şəklində görünür. Kalsifikasiyalara sıx rast gəlinmir, lakin, bəzən qeyd edilir. MRT müayinəsi zamanı bu ocaqlar T1-də hipointens, T2-də heterogen hiperintens olurlar. Venadaxili kontrast maddə yeritdikdən sonra bəzi ocaqlarda periferik halo və ya target tipli kontrast güclənməsi effekti qeyd edilir. Bu xəstəliyin klinik gedişi dəyişkəndir və digər qaraciyərin bəd xassəli xəstəlikləri ilə müqayisədə ümumi proqnozu nisbətən xoşa gələndir. Xəstəliyin müalicəsi radikal cərrahi rezeksiya və ya ortoptik qaraciyər transplantasiyası hesab olunur. Bu xəstəlik zamanı metastatik ocaqlar daha çox ağciyərdə qeydə alınır. Digər daha az rastlanan metastatik yerlər qarın boşluğu limfa düyünlərində, piylikdə, müsariqədə və peritonda qeyd edilir. https://radiopaedia.org/articles/hepa...