У нас вы можете посмотреть бесплатно Azərbaycan əhalisinin sayı 10 milyona çatdı или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Aprelin 6-da xalqımızın sevincinə səbəb olan əlamətdar hadisə baş verdi. Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə çatdı. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər. Görüşdə Mehriban Həsənovanın hesabına vəsait köçürüldüyü bildirilib və sertifikat təqdim olunub. Bundan başqa, uşağın valideynlərinə dövlət tərəfindən mənzil hədiyyə olunub. Onlara mənzilin çıxarışı və hədiyyələr də təqdim edilib. 1897-ci ildə Azərbaycan əhalisinin sayı 1 milyon 807 min nəfər idi. 1997-ci ildə bu göstərici 7 milyon 847,5 min nəfər təşkil edirdi: yəni yüz ildə təxminən 6 milyon artım. Bu yüz ildə Azərbaycan dörd dəfə kəskin demoqrafik çətinliklərlə üzləşmişdi. Statistik məlumatlara əsasən, 1913-1920-ci illərdə Birinci Dünya müharibəsi, xarici müdaxilə, vətəndaş müharibəsi, ermənilər tərəfindәn azərbaycanlıların soyqırımı və digər hadisələrin təsiri nəticəsində əhalinin sayı 387 min nəfər azalmış, 2 milyon 339 min nəfərdən 1 milyon 952 min nəfərə enmişdi. Növbəti demoqrafik böhran 1941-1945-ci illərdə, Böyük Vətən müharibəsi zamanı yaşandı. Azərbaycan əhalisinin sayı 1940-cı ilin əvvəlindəki 3 milyon 274,3 min nəfərdən 1945-ci ilin əvvəlində 2 milyon 705,6 min nəfərədək azaldı. Biz müharibədən əvvəlki səviyyəyə yalnız 10 il sonra, 1955-ci ildə çata bildik. 1948-1953-cü illərdə Ermənistan ərazisindən 150 min nəfərdən çox azərbaycanlının deportasiya olunması, 1988-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, bir milyon nəfərədək soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi, nəhayət, Qarabağ müharibəsi də demoqrafik vəziyyətə təsirsiz ötüşmədi. 1999-cu ildə ölkəmizdə demoqrafiya siyasətinin əsas konturlarını müəyyənləşdirildikdən sonra növbəti mühüm addım 2004-cü ildə Prezident İlham Əliyevin 11 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” təsdiq edildi. Demoqrafik inkişafı səciyyələndirən ailə-nikah, doğum, ölüm, təbii artım, insanların sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi, əhalinin məşğulluğunun və həyat səviyyəsinin yaxşılaşdırılması kimi məsələlərə kompleks yanaşma çox keçmədən öz bəhrəsini verməyə başladı. 2002-ci ildə Azərbaycanda 8 milyon 202,5 min nəfər əhali qeydə alınmışdı. 2010-cu ilin əvvəlində bu göstərici 9 milyon nəfərə çatdı... İndi isə biz 10 milyonuq! 2003-2018-ci illərdə əhali sayında təxminən 1,8 milyon artım baş verib. Bunun 1 milyonu son səkkiz ilin payına düşür. Hazırda, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə kompleks tədbirlər görülür, sosial sahədə davam edən islahatlar inqilabi xarakter almaqdadır. Azərbaycanda əhali sayının 10 milyon nəfərə çatması da xalqın təqdir etdiyi və dəstəklədiyi sosialyönümlü siyasətin növbəti təzahürüdür.