У нас вы можете посмотреть бесплатно SAĞLAMLIQ ÜNVANI - BAKI SAĞLAMLIQ MӘRKӘZİ или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
SAĞLAMLIQ ÜNVANI - BAKI SAĞLAMLIQ MӘRKӘZİ Bakı Sağlamlıq Mərkəzi son zamanlar fəaliyyətini daha da genişləndirir. Son illər respublikamızın səhiyyə sahəsi yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, xəstəxanaların tikilməsi, mövcud tibb ocaqlarının yenidən qurulması, müasir avadanlıqlarla təminatı genişlənib. Tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar və layihələr nəticə- sində əhalinin sağlamlığının qorunmasında və xidmət keyfiyyətinin yaxşılaşdırılmasında mühüm uğurlar əldə edilib. Bu məsələdə səhiyyənin prioritet sahələri üzrə qəbul olunan 9 dövlət proqramı mühüm əhəmiyyət daşıyıb. Nəinki tibbin ən son model texnika və texnologi- yalarının tətbiqi, həm də xidmət mədəniyyətinin yüksək səviyyəsi ilə diqqəti cəlb edən Bakı Sağlamlıq Mərkəzi haqqında isə ayrıca söz açmağa dəyər. Buna görə də yolumuzu ölkə əhalisinin daha çox üz tutduğu Bakı Sağlamlıq Mərkəzindən saldıq. Xatırladaq ki, Prezident İlham Əliyevin 6 avqust 2010-cu il tarixli sərəncamı əsasında inşa edilən, 2014-cü il yanvar ayının 7-də isə açılan Bakı Sağlamlıq Mərkəzi paytaxtın ən böyük tibb müəssisəsidir. 55 min kvadrat- metr sahəsi olan mərkəz 550 çarpayılıqdır və ən müa- sir avadanlıqlarla təchiz edilib. Burada tibbin son elmi- texniki yenilikləri tətbiq olunur. BELӘ MӘRKӘZLӘRİN YARADILMASI SOSİAL SAHӘYӘ DİQQӘTDİR. Prezident İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin açılışında son illər səhiyyədə aparılan islahatlar və bu- nun konkret nəticələrininin ümumxalq əhəmiyyətini xüsusi vurğulayaraq bildirmişdir ki, bu, müstəqillik dövründə tikilmiş ən böyük tibb müəssisəsidir: “ Bu mərkəzin tikilməsi əlamətdar hadisədir. Son illər Azərbaycanda səhiyyə sahəsinin inkişafı ilə bağlı böyük işlər görülmüşdür.Belə mərkəzlərin yaradılması Azərbaycanda sosial sahəyə göstərilən diqqətin əlamətidir. Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar statistik göstəricilərdə də özünü əks etdirir.Əminəm ki, bu mərkəzdə vətəndaşlara yüksək xidmət göstəriləcəkdir. Əlbəttə ki, bu, həkimlər üçün də yeni iş yerlərinin açılması deməkdir. Əminəm ki, burada işləmək də hər bir həkim üçün xoş olacaqdır. Çünki burada olan şərait dünyanın ən yüksək standartlarına uyğundur. Bu gün Azərbaycan səhiyyə sahəsində, xüsusilə avadanlıq, təchizat və tikinti işlərində öz standartlarını da təqdim edir”. Bakı Sağlamlıq Mərkəzinin direktor müavini və baş həkimi, tibbi elmləri üzrə fəlsəfə doktoru Elxan Hacıyevlə söhbətimiz də tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün bu müəssisədə yaradılan şəraitlə bağlı oldu. Diqqətçəkən məqamlardan biri odur ki, ən müasir texnika və avadanlığın bir çoxu ölkəmizin tibb sistemində burada tətbiq edilir: “ Ölkəmizdə səhiyyəni dövlət siyasətinin prioritet istiqamətlərinə daxil edən Prezident İlham Əliyev insanların sağlamlığını cəmiyyətin sərvəti hesab edir. Səhiyyəyə ayrılan büdcə vəsaiti ildən-ilə artırılır, bu da ölkədə aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunan yeni tibbi mərkəzlərin yaradılmasına imkan verir. İnsanlara səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərində biri də “Sağlam həyat uğrunda” devizi altında həyata keçirilən sağlamlıq aylarıdır. Bütün ölkəni əhatə edən bu cür tədbirlər birbaşa əhalinin sağlamlığının qorunmasına yönəlib”. Ardı rəy bölməsində...