У нас вы можете посмотреть бесплатно Bu qadınlar xərçəng xəstəliyinə tutulmur - SUALLARINIZA CAVAB или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Facebook: Uzman Dr. Rəşad Sultan İnstaqram: Ginekoloq.uzman.dr.resadsultan Tel: +994 51 717 55 15 Uşaqlıq mioması – uşaqlıq divarının saya əzələ hüceyrələrindən əmələ gələn şişvari törəmədir. Miomaların ölçüləri bir neçə millimetr və 20-25 sm arasında dəyişə bilir. Uşaqlıq miomasının dəqiq əmələ gəlmə səbəbləri hələ də tam dəqiq müəyyən olunmayıb, lakin, miomanın hormonal tənzimləmə ilə əlaqəsi barədə məlumatlar mövcuddur. Uşaqlıq miomasının inkişafı haqqında müasir təsəvvürlər hormonal nəzəriyyəyə əsaslanır. Estragenlərin ekskresiyasının və metabolik çevrilməsinin, eləcə də estragen fraksiyaları nisbətinin (estron və estradiolun follikulin, estriolun isə lyutein fazalarına doğru artması) pozulması miometriyada morfoloji dəyişikliklərə gətirib çıxarır. Miometri kütləsi estrogenlərin başlatdığı saya əzələ hüceyrələrinin hiperplaziyası və həmçinin də bu hüceyrələrin hipertrofiyası nəticəsində arta bilər. Estrogenlərlə bərabər miomanın böyüməsini progesteron stimullaşdırır. Uşaqlıq mioması zamanı saya əzələ hüceyrələrinin hipertrofiyası onların hamiləlik dövründə olan hipertrofiyası ilə eynidir və yalnız estradiol ilə proqesteronun nisbətən yüksək konsentrasiyasında birləşmiş təsiri zamanı ortaya çıxa bilər. Lyüetin fazasında proqesteron miositlərin mitotik fəallığını artırır, bundan əlavə proqesteron böyümə faktorlarının induksiyası yolu ilə miomanın böyüməsinə təsir edir. Mioma toxumasında estradiol və proqesteron reseptorları sabit miometridəkindən daha çoxdur. Miomatoz düyünlərdə cinsi steroidlərin mübadiləsinin pozulması böyümə faktorlarının iştirakı ilə hüceyrələrin autokrin stimulyasiyasına səbəb olur. Uşaqlıq mioması toxumasında estrogenlərin təsir mediatorları insulinkimilərdən I və II böyümə faktorlarıdır. Uşaqlıq miomasının patogenezinin hormonal aspektləri ilə birgə orqanizmin immun reaktivliyinin dəyişmələri də əhəmiyyətli rol oynayır, xüsusilə də xroniki infeksiya ocaqları zamanı; kiçik çanağın hemodinamikasının nəzərə çarpan dəyişikliyi, eləcə də irsi meyllilik. Miomanın böyümə zonaları miometridə iltihab infiltratları və endometri ocaqları ətrafında formalaşır. Miomanın böyüməsində saya əzələ hüceyrələrininin fenotipik transformasiyası və pozulmuş mikrosirkulyasiya şəraitində degenerativ dəyişikliklər əhəmiyyətli rol oynayır. Miomatoz düyünlərin rüşeymləri embrional mərhələdə də formalaşa bilər. Xələf hüceyrələrin böyüməsi uzun illər estrogenlərin və progesteronun təsiri altında yumurtalıqların nəzərə çarpan fəallığı fonunda davam olur.