У нас вы можете посмотреть бесплатно Toy və yas kimi mərasimlərdən şəkil paylaşsanız, bunlara diqqət edin! - Baku TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Toy və yas kimi mərasimlərdən şəkil paylaşsanız, bunlara diqqət edin! - Baku TV Artıq toy və yas mərasimlərində çəkilən şəkil və videoların sosial şəbəkələrdə yayılması hüquqi məsuliyyət yarada bilər. Eləcə də açıq və qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdə şəxsin arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin sosial şəbəkələrdə tirajlanması şəxsiyyət hüquqlarına müdaxilə hesab ediləcək. Bu, Ali Məhkəmə Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli qərarında qeyd olunub. Bundan sonra kütləvi tədbirlərdə konkret şəxsin onun üçün açıq-aydın arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin əsas obyekt kimi yayılması, habelə şərəf və ləyaqətini alçaldan tərzdə, yəni istehzalı, zarafat və ya lağ konteksində sosial şəbəkələr və ya digər vasitələrlə tirajlanması şəxsiyyət hüquqlarına müdaxilə hesab ediləcək. Hüquqşünas Mircavid Miriyevin sözlərinə görə, şəxsin cəmiyyətdəki nüfuzuna, hörmətinə və mənəvi dəyərlərinə xələl gətirən, onu gözdən salan görüntülərin yayılması qanunla qadağandır. Belə hallarla üzləşən şəxslər məhkəməyə müraciət edərək görüntülərin sosial şəbəkələrdən və digər informasiya vasitələrindən silinməsini, həmçinin təzminat ödənilməsini tələb edə bilərlər: “Əgər yayılan materiallarda təhqir və ya böhtan tərkibi yoxdursa, məhkəmə işin faktiki hallarını və şəxsin fərdi xüsusiyyətlərini nəzərə alaraq təzminat tələbinin təmin olunmasına qərar verə bilər. Bu zaman üzr istənilməsi və görüntülərin silinməsi öhdəliyi də qoyula bilər. Lakin görüntülərdə təhqir və ya böhtan əlamətləri olarsa, həmin şəxslər 1000 manatdan 1500 manatadək cərimə edilə bilərlər. Ağırlaşdırıcı hallarda isə 6 ayadək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər”. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv Toy və yas kimi mərasimlərdən şəkil paylaşsanız, bunlara diqqət edin! - Baku TV 2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #bakutvxəbər #toy #yas #mərasim #etiket #şəkilpaylaşımı #sosialşəbəkə baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan