У нас вы можете посмотреть бесплатно Qocalığa aid şeir/Qocalıq şeiri/super şeir/təsirli şeir или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Qocalıq şeiri Müəllif:Elvin Elxanoğlu Qiraət:Alizamin Abdullayev Tək- tənha oturub oturacaqda, Qoca dalmış idi dərin xəyala. Gözləri baxdığı nurlu dünyada, Xeyli qatlaşmışdı dərdə, əzaba. Yaşlı gözləriylə ətrafı süzür, Cavan çağlarını xatırlayırdı. Yaşlılıq, ağrılar qəlbini üzür, Hamıdan gizlincə hey ağlayırdı. Zəhmətlə yoğrulmuş iki əliylə, Çəliyə söykənib kədərlə baxır. Həyat yüz oyunla,min hiyləsiylə, Gözünün önündən su kimi axır... Bir keçmişə baxır, bir gələcəyə, Yalnız cavan qalan ümidləriydi. Həsrətlə baxırdı hər bir küçəyə, Ona sadiq qalan tək dərdləriydi. Ən sadiq bildiyi ayaqları da, Artıq vəfasızlıq edirdi ona. Sirdaşı bildiyi qulaqları da, Onunla dostluğu yetirir sona. Hər şeyə şahidlik edən gözləri, Nədənsə araya bir pərdə çəkir. Dil də ünsiyyətə baxır ötəri, Adi sözdə belə çətinlik çəkir... Fikirlər qoymadı qoca otura, Bir an getmək düşdü onun beyninə. Söykəndi çəliyə ayağa dura, Titrədi dizləri, çökdü yerinə. Yaşlı qururuyla gözləri doldu, Birtəhər güc verib ayağa qalxdı. Yoldan keçənlərdən gülən də oldu, Bu gülüş qocanı yandırdı, yaxdı. Dedi yaşlanarsan bir gün ay bala, Ömrün yazı kimi, qışı da vardır. Yazda bütün aləm bürünər ala, Qışın gülü şaxta, çiçəyi qardır. Çalış yaşlılara kömək edəsən, Gələcək nəsillər bizlərə baxır. Düşünmə sadəcə gülüb keçəsən, Unutma nə etsən qarşına çıxır... Etiketlər qocalığa aid şeir qocalığa səyahət qocalıq şeiri qocalığa aid möhtəşəm şeir qocalıq haqqında təsirli şeir super şeir ağladan şeir ağarma saçım Elvin Elxanoğlu şeirləri Alizamin Abdullayev #şeir #superseir #elvinelxanoglu