У нас вы можете посмотреть бесплатно Əli Kərim - O qıza или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Şeir: Əli Kərim - O qıza Səsləndirmə: Səməndər Rzayev Biraddımla'ya YouTubeda abunə olmaq: https://bit.ly/3gsJpm1 Biraddımla'nın sosial şəbəkə ünvanları: Instagram: https://bit.ly/3gsKkms Facebook: https://bit.ly/3GoODKl TikTok: https://bit.ly/3r3sAHt Telegram: https://bit.ly/3unQMn8 E-poçt: [email protected] ƏLİ KƏRİM - O QIZA Axtarıram mən səni, Arayıram mən səni. Soruşuram gözümlə ötüb keçəndən səni, Axtarıram kitabda, arayıram həyatda, Bilmirəm nə boydasan, nə görkəmdə, nə adda, Sənin təhsilin nədir, sənin yaşın neçədir? Aladırmı gözlərin, qaradırmı, necədir? Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi, Qoy qara xalın olsun həsrətimin nöqtəsi! Bəlkə məndən böyüksən, bəlkə məndən kiçiksən; Ol, kiçik ol, böyük ol, amma kamallı ol sən. Kamal ol ki, ömür bir şən nümayiş deyil, Mənalı yaşamaqsa çox da asan iş deyil. Ağıl da öz yerində, kamal da öz yerində, Bir gözəllik də görüm mənalı gözlərində. Kimə, niyə baxıram təkcə səni andırır. Ürəyimdə sözüm var, ürəyimi yandırır. O elə bir sözdür ki, dosta, yada deyilməz, Anadan əziz nə var, anaya da deyilməz. Əllərimi göynədir saçlarının həsrəti, Gəl, yiyəsiz qalıbdır könlümün məhəbbəti. İşdir üz-üzə gəldik… Onda məndən utanma, Ürəyindən keçəni nə gizləmə, nə danma. Gizləmə ki, danma ki, gedər hərə bir yana; Qoyma canım od tutub yana, ömürlük yana Səni harda axtarım? De nəçisən? De kimsən? Tez ol, görün, tez ol gəl, axtarıram səni mən! Gözümdə, könlümdə qəm, Yollarına bitmişəm. İlk baharı gözləyən cavan bir ağac kimi. Baharı gözləyirəm… Ay qız, gəl bahar kimi. Səməndər Rzayev'in qızı Rübabə Səməndərli: "... Atam anamla ailədə mehriban dolanıblar. Atam rəhmətə gedəndə 41 yaşı vardı, anamın isə 37. Anam ondan sonra çox əziyyətlər çəkdi, iş yerləri dəyişdi. Sağlığında anam həmişə onun qayğısına qalıb. O, həmişə atama bahalı bir fransız ətiri alırdı. Atamı həmişə o qoxu ilə xatırlayıram. Sonralar nə qədər axtardım, həmin ətirdən tapa bilmədim. Evdə atamın papağı və üzüyü qalmışdı. Atamın papağından da həmin qoxu gəlirdi. Anam o əşyaları kiməsə bağışladı. Atam həmin üzüyü heç vaxt əlindən çıxarmazdı. Sonralar mən ailə quranda həmin üzükdən eynisini axtarıb həyat yoldaşım üçün aldım ki, hər dəfə onun əlinə baxanda atamı xatırlayım... Çünki mən gözümü açandan o üzüyü atamın barmağında görmüşdüm. Hərdən fikirləşirəm ki, atamın ağrıları olsa da, əziyyət çəksə də, elə bir vaxtda dünyasını dəyişdi ki, sonra xalq olaraq yaşadığımız faciələri görmədi. Mən bilmirəm, o, yaşasaydı, 20 Yanvar, Xocalı faciələrinə, torpaqların işğalına necə dözərdi. Yəqin ki, dözməzdi. Amma, məncə, elə xoşbəxt adam idi ki, o, sonrakı faciələri görmədən, ən gözəl dövrdə dünyasını dəyişdi. Telman Adıgözəlov rəhmətə gedəndə mən sanki atamı yenidən itirdim. Eləcə də, atamın digər dostları Hamlet Xanızadə, Nəsir Sadıqzadə, Səyavuş Aslan, Yaşar Nuri, Fuad Poladov dünyadan köçəndə atamı xatırlayırdım. Elə bilirdim ki, onu yenidən itirirəm. Mənim üçün onlar atamın bir parçası idilər. Onun qoxusunu müəyyən mənada onlardan alırdım. Ona görə də onlar mənim üçün əziz idilər. Atamın dostları sağ olanda elə bilirdim ki, atam da haradasa yaşayır və sağdır. İndi onun nəslindən çox az adam qalıb. Amma hərdən fikirləşirəm ki, əgər o biri dünya varsa, yəqin ki, hamısı orda bir yerdədilər..." #elikerim #oqiza #semenderrzayev #biraddimla #biraddimlayol