У нас вы можете посмотреть бесплатно Bölgə xəstəxanalarına media-tur təşkil olunub или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Təcrübəli həkimlər, ən son texnologiya, geniş və işıqlı otaqlar. Göyçay, Ağdaş və Ucar rayonlarının mərkəzi xəstəxanalarında vəziyyət belədir. Əvvəllər insanlar müayinə olunmaq üçün şəhərə üz tuturdularsa, indi buna ehtiyac qalmayıb. GÖYÇAY RAYON MƏRKƏZİ XƏSTƏXANASININ BAŞ HƏKİMİ FAMİL ZEYNALOV deyir ki, əvvəllər reanimasiya şöbəsi, doğum şöbəsi yox imiş: "Hazırda yaradılmış şərait bizə bütün işi burada yerində görməyə imkan verir" Burada adi həkimlərlə yanaşı, müxtəlif sahələrdə ixtisaslaşmış mütəxəssislər də xəstələri qəbul edirlər və ən çətin əməliyyatları həyata keçirirlər. Həkimlər deyirlər ki, işlərində əsas amil peşəkarlıq və edəcəyin işə inamdır. AĞDAŞ RAYON MƏRKƏZİ XƏSTƏXANASININ BAŞ HƏKİMİ NURU NURİYEV deyir ki, gərgin işləyirlər və xəstələrə yardım etməyə çalışırlar: "Burda, bu klinikada əvvəl görülməyən çətin əməliyyatlar aparılır. Son illər müasir diaqnostika və müalicəyə görə ağır xəstələr arasında ölüm hallarının sayı əhəmiyyətli dərəcədə azalıb". Kompüter tomoqrafiyası, flüoroqrafiya, rəqəmsal rentgen, ultrasəs müayinəsi ən müasir tibbi texnika ilə həyata keçirilir. İndi xəstə nəticəni tək kağızda almır. Nəticələr diskə yazılaraq pasiyentə təhvil verilir. UCAR RAYON MƏRKƏZİ XƏSTAXANASININ BAŞ HƏKİMİ ZEYNAL BAYRAMLI qeyd edib ki, müasir texnika hesabına bizə araşdırmalar aparmaq rahatdır: "Hər kəs tez, dəqiq işləyirlər və qısa zamanda xəstələrə diaqnor qoyurlar". Hər gün bu xəstəxanalarda yüzlərlə insana tibbi yardım göstərilir. Həkimklər müraciət edənlərui dəqiq cədvəllə qəbul edirlər. Klinikaya təkcə yerli sakinlər deyil, qonşu rayonlardan gələnlər də olur. Burada uşaq polikninikaları da fəaliyyət göstərir. Balaca pasinetnlər mütləq qaydada ildə bir neçə dəfə müayinədən keçirlər. Xəstəlik aşkar olunarsa, uşaqlar qeydiyyata alınır və müalicə olunurlar. Dövlət əhalinin sağlamlığının qayğısına qalınmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Bu məqsədlə Azərbaycanda peşəkar tibbi yardım imkanlarının təminatı ildən-ilə yaxşılaşır, ən müasir diaqnostika və müalicə metodları tətbiq edilir, ən peşəkar kadrlar cəlb olunur. Bütün bunlar Azərbaycan səhiyyəsində keyfiyyət səviyyəsini yüksəltməyə imkan verir.