У нас вы можете посмотреть бесплатно SHUSHAYA SALAM IQOR PAVLYUK 13 10 2022 или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
"Şuşaya salam!" XVII gün Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün- 13 oktyabrda layihə görkəmli Ukrayna şairi İqor Pavlyuk və onun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir. İqor Pavlyuk / Ukrayna Əziz və hörmətli Azərbaycanlıları salamlayıram, xüsusən Şuşa şəhərinin sakinlərini “Şuşa ili”ndə. Mənim üçün Şuşa sözünün səslənişi çox rahatdır... Sanki “şyopot”-piçıltıdır, yaxud sükut, “şuba”-kürk sözüdür, yarpaq tərpənişidr uşaqlıqdakı kimi, “duşa”-qəlbdir, şəffafdır, nənəmin mürəbbə qoyduğu şüşə qabdır, fincandır. Axı Şuşa, həm də şüşə deməkdir, şairanədir. Azərbaycanın mədəniyyət paytaxtında, dünyanın mədəniyyət incisi olan Şuşada dağlarla, təbiətlə sosial və mədəni landşaf ilahi bir uyum içərisindədir. Qafqaz, Xəzər, ağrılı Qarabağ. Poeziya mənim üçün sözlərlə yazılmış musiqidir. Şuşa sözlə ifadə edilən musiqidir, daşda, şüşədə, məscidlərdəki musiqi. Allahın ali sənətkarlığı. Təəssüf, bəzən insanlar savaşır, müharibələr edir. Azərbaycan mənim doğma Ukraynam kimi müharibə ilə tanışdır, onun yaraları təzədir. Təəssüf ki, insanlıq tarixi müharibələr tarixidir. Mən son zamanlar müharibə barədə çox şeir oxumuşam, indi bizim Krımda yazdığım, sevgi haqqında olan, dəniz və sevgi barədə olan şeir oxumaq istəyirəm. Çünki sevgi, dəniz, dağlar Şuşa kimi əbədidir, Feniks kimi yenidən doğulur, yenidən və yenidən. Salam Şuşa! Bu şeiri indi sənin üçün oxuyacağam. Dəniz Gecə. Dəniz. Bir də səsi delfinin. Adsız ulduz göyüzündə titrəyir. Çılın-çılpaq cingiltili bədənin Yaxasını zülmətin silkələyir. Asta axır bəstə boyda qan, damır. Hər çəkilən nəfəs duzludu, duzdu. Ürək belə bəzən qanad açardı Öz qanında amma o boğulubdu. Mən qılmanam, sən də ilham pərisi. Gah ölərik, gah da ki dirilərik- Hərdən itər sahilboyu izimiz... Bədənimiz qatı baldı, bilirik. Belə...Belə... bir az, bir az yuxarı. Köpüklənir, dalğa bizi aparır. Biz-Həyatıq, biz dənizdən çıxmışıq, bizə olar, sahil bizim yurdumuz. Tərcümə: Səlim Babullaoğlu