У нас вы можете посмотреть бесплатно Baloğlan Əşrəfovun məzarı - Yaxın qohumu danışdı - Masallı Bədəlan kəndi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Koronavirusa yoluxan Əməkdar artist Baloğlan Əşrəfov vəfat edib. Bu barədə prodüser Tarix Əliyev (Tolik) məlumat yayıb. O, 69 yaşında dünyasını dəyişib. Qeyd edək ki, B.Əşrəfov bir müddət əvvəl koronavirusa yoluxmuşdu. Sənətçi yaşı səbəbindən xəstəliyi ağır keçirirdi. Onu da əlavə edək ki, Baloğlan Əşrəfov 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunmuşdu. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü. Allah rəhmət eləsin! Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirmişdir. 1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləmişdir. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub. 1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib. İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar etmişdir. 1989-cu ildə yaratdığı "Şəhriyar" (AzKonsertin nəzdində) ansamblı ilə Bakının bütün böyük konsert salonlarında konsertlər verib. Dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, Almaniya və MDB-nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edib. İraqda Babilistan festivalında Azərbaycanı tərənnüm edib. "Səsi quran sədasıdır" kitabında bütün böyük sənətkarlar öz müsbət rəylərini vermişlər. "Yuxuma gəl", "Anam mənim", "Günayım", "Tanrıdan diləyim ol" və s. kompakt audio, video diskləri musiqisevərlərin ixtiyarına verilib. Görkəmli sənətkar 26 aprel 2021-ci ildə 69 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir. Sənətkar doğulduğu Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb