У нас вы можете посмотреть бесплатно Med News - Donorluq və transplantasiya haqqında qanun payızda qəbul olunacaq - Rəşad Mahmudov или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun Milli Məclisin payız sesiyasında qəbul olunması üçün bütün hazırlıqlar yekunlaşıb. Medical Media APA-ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. Millət vəkili pandemiya ilə bağlı müzakirəsi təxirə salınan qanunun Milli Məclisin ilk iclaslarının birində qəbul oluncağına ümid edir: “Qanun layihəsi bütün mərhələlərdən keçib, plenar iclasda müzakirəyə çıxarılmaq üçün hazır vəziyyətdədir. Bununla əlaqədar son dinləmələr və müzakirələrimizi də aparmışıq. Düşünürəm ki, həmkarlarım da həssas yanaşacaq və payız sessiyasında “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun Milli Məclisdə qəbuluna nail olacağıq”. Komitə sədrinin müavini qeyd edib ki, pandemiyanın yaratdığı şərait şərtləri nə hüquqi, nə də icra strukturlarının işi nöqteyi-nəzərdən fərqli yanaşmağa, xüsusi dəyişiklik etməyə ehtiyac yaratmır: “Əfsuslar olsun ki, pandemiya planlaşdırılan bir çox işlərə yan təsirsiz ötüşmədi. Amma biz heç zaman pandemiyanın təsiri səbəbindən səhiyyənin inkişafı yolundan qalmamalıyıq. Çünki vətəndaşın ən vacib haqqı olan yaşamaq hüququnu optimal bir şəkildə təmin etmək hər bir dövlətin ən ümdə vəzifələrindən biridir”. #MedNews #MedicalMedia