У нас вы можете посмотреть бесплатно Bağırsaq xərçənginin insanın üzündə görünən əlaməti или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Sənə Maraqlıdırsanın bütün videolarını YouTube-da izləmək üçün kanala ABUNƏ olun: https://goo.gl/RMf2cF ☪ Musiqi: ☪ Əziz Dostlar kanala ABUNƏ OLaraq bir birindən maraqlı videoları izləyə bilərsiniz ☪ Bütün Hüquqlar Qorunur © ® ™ Bağırsaq xərçənginin insanın üzündə görünən əlaməti Cəmiyyətdə xərçəng xəstəliyi ilə birbaşa və ya dolayı yolla təmasda olmayan insan tapmaq çox çətindir. Danılmaz faktdır ki, xərçəng xəstəliyinin əlamətləri çox ciddi və dünyanın hər yerində yayılmış bir problemdir. Xərçəng xəstələrinin 1/3 nün qarşısı alına bilir, geri qalanı isə vaxtında aşkarlandıqda effektiv müalicə oluna bilir. Xərçəng xəstələrinin birçox nönləri yayılmışdıR. bu güngü paylaşımda sizlərə bağırsaq xərçənginin əlamətlərindən məlumat verəcəyik Bağırsaq xərçəngi həzm sisteminin son hissəsi olan yoğun bağırsaqda (kolon) başlayaraq yayılan xərçəng növüdür. Kolon xərçəngi olaraq da bilinən bu xəstəlik hüceyrələr nəzarətsiz şəkildə çoxaldıqda baş verir və adətən polip adlanan kiçik, xoşxassəli hüceyrə böyümələri ilə başlayır. Belə ki, müalicə olunmayan xoşxassəli poliplər zamanla böyüyərək xərçəngə çevrilir. Bu xəstəliyin simptomları ilkin mərhələdə hiss olunmur. Lakin təsadüfü müayinə testləri zamanı ilkin mərhələdə bədxassəli şiş olduğunu bilmək mümkündür. Bu həm də müntəzəm yoxlanılmaların əhəmiyyətini göstərir. Son illərdə tibbin inkişaf etməsilə xərçəngin müalicəsində də yeniliklər tətbiq olunmağa başlayıb. Həm ənənəvi, həm də inteqrativ tibb üsulları ilə kolon xərçəngini nəzarətdə saxlamaq mümkündür. Yoğun bağırsaq xərçənginin dəqiq səbəbi dəqiq bilinməsə də, bu xəstəliyin yaranmasında bəzi amillərin mühüm rol oynadığı məlumdur. Əvvəla, genetik faktorlar bu halın yaranmasının əsas səbəblərindəndir. Yəni ailəsində kolon xərçəngi olan insanlar bu xəstəliyin inkişaf riski daha yüksəkdir. Genetik sindromlar, xüsusən də ailəvi adenomatoz polipoz (FAP) və irsi polipozis olmayan kolorektal xərçəng (HNPCC) kolon xərçəngi riskini artıran mühüm genetik faktorlardandır. Bundan əlavə, pis həyat tərzi də bu xərçəngin inkişafında mühüm rol oynayır. Az lifli, çox yağlı və işlənmiş qidalar yemək, qırmızı ətdən çox istifadə kimi vərdişlər xərçəng riskini artırır. Eyni zamanda fiziki fəaliyyətin olmaması, artıq çəki və piylənmə də bu riski artıran digər amillərdəndir. Xroniki iltihabla əlaqəli iltihablı bağırsaq xəstəlikləri də kolon xərçəngi riskini artıran daha bir səbəbdir. Uzun müddətli iltihaba səbəb olan xəstəliklər, xüsusilə Kron xəstəliyi və xoralı kolit, xərçəngin inkişafına təsir edir. Yaş faktorunu da gözardı etmək olmaz. Hər yaşdan olan insanların xərçəngə yoluxma ehtimalı olsa da, 50 yaşdan yuxarı insanlarda kolon xərçəngi riski əhəmiyyətli dərəcədə çox və bu risk yaşla daha da artır. Bundan əlavə, 2-ci tip diabetli insanların bağırsaqlarında bədxassəli şiş yaranma ehtimalı var. Habelə siqaret çəkmək və həddindən artıq spirt istehlakı da bu vəziyyətin inkişafına mənfi təsir edən amillər arasındadır. Qeyd etdiyimiz amillər kolon xərçəngi riskini artırsa da, bu, onlara sahib olan hər kəsin bu xəstəliyə tutulacağı anlamına gəlmir. Bağırsaq xərçənginin simptomları nələrdir? Bu xəstəliyin erkən mərhələlərində aşkar simptomlar hiss olunmur. Ancaq xərçəng inkişaf etdikcə bəzi ümumi simptomlar üzə çıxır. Xəstəliyin şiddətindən asılı olaraq simptomlar dəyişsə də, ən çox görülən ümumi əlamətlər bunlardır: Bağırsaq vərdişlərində dəyişikliklər. Uzun müddətli qəbizlik, ishal və ya nəcisin tutarlılığında dəyişikliklər kimi bağırsaq pozğunluqları. Nəcisdə Nəcisdə qan. parlaq qırmızı və ya tünd qan bağırsaq xərçənginin ən geniş yayılan əlamətlərindən biridir. Bu qanaxma bəzən gözlə görünmür, lakin gizli qan testləri ilə müəyyən edilir. Qarın ağrısı və kramp. Bu hal qarında daimi ağrı, kramp və ya narahatlıq ilə özünü göstərir. Ani və səbəbi bilinməyən arıqlama. Heç bir pəhriz və idman etmədən qısa müddətdə çəki atmaq xərçəngin əsas əlamətlərindəndir. Yorğunluq və zəiflik. Bağırsaqda olan bədxassəli şiş bədəndəki dəmir səviyyəsini aşağı salır ki, bu da anemiyaya səbəbdir. Anemiya zamanı isə xəstə daim yorğun hiss edir və çox zəif olur. Bağırsaqların natamam boşalma hissi. Tualetə getdikdən sonra bağırsaqların natamam boşalma hissi bu vəziyyətin ümumi simptomudur. Nəcisin diametrinin daralması. Bağırsaqdakı şişlər nəcisin nazikləşməsinə səbəb olur. Mümkün xarici simptomları sadalayan professor onkoloq Oleq Key yorğunluq və solğun dərinin kolorektal xərçəngi göstərə biləcəyini qeyd etdi. Bu simptomlardan biri və ya bir neçəsi bağırsaq xərçənginin mövcudluğunu göstəricisi olsa da, onlar həm də digər sağlamlıq problemlərinin əlamətidir. Dəyərli izləyicilər, mümkünsə videonu bəyənib WhatsAppda, Facebookda paylaşın👍 Öncədən təşəkkürlər Bizə dəstək üçün kanala ABUNƏ OLun və ZƏNG yəni (ZINQIROV) düyməsini basınki hərdəfə yeni, xeyirli, maraqlı videolar paylaşanda sizə bildiriş kimi gəlsin və sizdə videolarımdan faydalanasınız inşALLAH