У нас вы можете посмотреть бесплатно Sümük Əriməsi - Vaxtında Müalicə Olunun, YOXSA... или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#endokrinoloq #AyşənXəlilova #sümükəriməsi Endokrinoloq Ayşən Xəlilova Əlaqə nömrəsi: 070 665 22 15 Instagram: endokrinoloq_ayshan_khalilova Facebook: Endokrinoloq Ayşən Xəlilova Osteoporoz zamanı sümük toxuması kütləsi itirilir və sümüklərin daxili strukturu pozulur. nəticədə sümüklər kövrəlir və sınmağa meylli olur. Sümüklər kövrəldikdə hətta kiçik travmalar nəticəsində, bəzən isə travmalar olmadan belə sümüklərdə sınıqlar baş verir. Osteoporoz üçün xarakterik olan xüsusiyyət sınıqların əsasən fəqərələrdə, bud sümüyünün boynunda və bazuönü sümüklərində baş verməsidir. Sümük toxumasının əsas hissəsi, təxminən 85%-i uşaqlıq və gənclik zamanı toplanır. 25-30 yaşa qədər sümüklərdə sümükləşmə tam başa çatır və sümüklər özünün ən ağır çəkisini əldə edir. Lakin 35 yaşdan sonra sümük kütləsi azalmağa, sümüklər öz çəkisini itirməyə başlayır. Kişilər il ərzində öz çəkisinin 1%-ni, qadınlar isə 1-4%-ni itirir. Bu onunla izah edilir ki, 35 yaşdan sonra sümüklərdən kalsiumun yuyulması daha intensiv gedir. Nəticədə sümüklər möhkəmliyini itirir və kövrəkləşir. Bu proses osteoporoz adlanır. Qadınlar bu xəstəliyə kişilərdən bir neçə dəfə artıq hallarda düçar olurlar. Çünki qadınlara nisbətən kişilərdə kalsiumun yuyulması az baş verir. Bu da cinsi hormonlarla bağlıdır. 60 yaşına çatmamış kişilərin 10%-də osteoporoz müşahidə edilir. 65 yaşından yuxarı kişilərdə isə risk qadınlardakı qədərdir.