У нас вы можете посмотреть бесплатно “Hərbi biletə görə 22 min manat verdim”, - Səfərbərlik Xidməti zabitlərinin məhkəməsində şahid или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#APATV #apaxeber #apaxəbər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti, kapitan Xalid Əzimov və baş leytenant Emil Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib. Şahid qismində dindirilən Əhməd Əhmədov bildirib ki, magistr təhsili aldığı üçün möhlət müddəti noyabr ayında başa çatmalı idi. Lakin Xəzər Rayon Hərbi Komissarlığından zəng edildikdən sonra sənədlərini təqdim edib və tibbi müayinədən keçib. Onun sözlərinə görə burada ona sənədinin etibarlı olmadığını deyiblər. “Mən də yoxlanışdan keçdim. Tibbi müayinə üçün əvvəlcə Sabunçu xəstəxanasına, sonra Qobuya getdim. Bu məsələni tanışım Abdulla Ələsgərova dedim. Abdulla mənə Ramin Şükürovla danışaraq məsələni həll edəcəyini bildirdi. Onunla birlikdə yenidən hərbi komissarlığa getdim. Ramin Şükürova ayağımda və belimdə problemin olduğunu dedim. Ramin Şükürov da mənim ayağıma və belimə baxdı. Sonra yenidən Sabunçuya və Qobuya müayinədən keçmək üçün getdim. İyun ayında mənə hərbi bilet verildi. Bileti aldıqdan sonra Abdullaya 22 min manat verdim”. Daha sonra şahid qismində dindirilən Araz Məmmədov ifadəsində deyib ki, qohumunun əsgərlik məsələsini 6 min manata həll ediblər. Məhkəmə digır şahidlərin ifadəsi ilə oktyabrın 1-də davam etdiriləcək. #apaxəbər #apatvxəbər #gundemxeberler #gününxəbərləri #sondeqiqe ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi ✅ Rəsmi X səhifəmiz: / apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv