У нас вы можете посмотреть бесплатно Xırdalanda valideynlər Təhsil İdarəsinin qarşısında etiraz ediblər или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Xırdalan şəhəri 2 saylı orta məktəbin 3-cü sinif şagirdlərinin valideynləri yeni dərs ili başlanmamış üzləşdikləri problemlərlə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin qarşısında etiraz ediblər. Onların sözlərinə görə, 2 saylı məktəbin binası istifadəyə yararsız vəziyyətdə olduğu üçün 3-cü sinif (rus bölməsi) şagirdləri artıq ikinci ildir ki, yaşadıqları ərazidən uzaqda olan 3 saylı məktəbə getməli olurlar. Valideyn Vəfa Abdullayevə deyir ki, 3 saylı məktəb yaşadıqları ərazidən uzaqda yerləşdiyi üçün övladının əlavə məşğələlərə apara bilmir. Başqa bir valideyn - Ülkər Nurullayeva bildirir ki, 3 saylı məktəbdə də sıxlıq olduğu üçün övladlarını üçüncü növbəyə yazıblar. Şikayətçi Çinar Əlizadənin sözlərinə görə, ötən il söz verilmişdi ki, bu dərs ilinə qədər 2 saylı məktəbin hazırki korpusu təmir ediləcək və hətta yeni korpus tikiləcək. Amma bu vədlərin heç birini məktəb rəhbərliyi yerinə yetirməyib. Valideynlər məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Pərviz Əhmədovla görüşüblər. Pərviz Əhmədov jurnalistlərin suallarına cavab verməsə də, valideynlərə bildirib ki, məktəb direktorları ilə məsələyə aydınlıq gətirəcəklər. Meydan TV-nin Təhsil Nazirliyinə ünvanladığı sorğu da cavabsız qalıb. Kanala abunə ol - https://goo.gl/TcM9Fm Bizə maddi dəstək ol https://cutt.ly/destek WebSite: http://www.meydan.tv Facebook: http://fb.com/MeydanTelevision Twitter: / meydantv Google+ https://plus.google.com/+MeydanTelevi... İnstagram: / meydantv __________________________________________________________________ Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277