У нас вы можете посмотреть бесплатно 50 ildən çoxdur Seneqalla Bakını nə bağlayır? - APA TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#APATV #apaxeber #dakar #baki #Seneqal #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 50 ildən çoxdur Seneqalla Bakını nə bağlayır? - APA TV “Neftçilər” metrostansiyasının yaxınlığında, tez-tez yanından keçdiyimiz bu dairənin Afrika ilə bir bağlılığının olduğunu desəm, təəccüblənərsinizmi? Bəlkə də bir çoxlarımız Afrika hara, Bakı hara deyəcəyik? Elə sakinlər arasında keçirdiyimiz sorğuda da bunun şahidi olduq. Şəhər sakinləri bu ərazini əsasən “Neftçilər kruqu” kimi tanıyır. Halbuki rəsmi adını Afrika ölkəsi olan Seneqalın paytaxtı Dakardan götürüb. Bakının Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşən türbəşəkilli abidədə sülhün və dostluğun rəmzi olan göyərçin və görüşən əllər təsvir olunub. Abidə mozaiklərlə bəzədilib. Metronun çıxışında hər iki şəhərin gerblərini əks etdirən və üzərində fransızca “Cites Unies”, yəni “qardaşlaşmış şəhərlər” sözləri yazılmış mozaikalı panno yerləşir. Pannonun müəllifi isə əməkdar incəsənət xadimi Arif Əzizovdur. Buranın “Dakar” adlandırılması isə heç də təsadüfi deyil. Belə ki, sözügedən abidə iki şəhərin - Bakı ilə Seneqalın paytaxtı olan Dakarın qardaşlığının simvoludur. Bu dostluğun təməli isə 1967-ci ildə Bakının nümayəndə heyətinin Dakara səfəri zamanı qoyulub. 14 iyun 1970-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhəri ilə Seneqal Respublikasının paytaxtı Dakar şəhərlərinin qardaşlaşması haqqında saziş imzalanıb. Beləliklə, Dakar Bakı ilə qardaşlaşmış ilk şəhər olub. Həmin vaxtdan bu meydan onun adını daşıyır. Ancaq nə qədər qəribə görünsə də, hazırda Seneqalla Azırbaycanın səfirlik səviyyəsində rəsmi münasibətləri yoxdur. AYNUR QARA CEYHUN MUSTAFAYEV APA TV ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv