У нас вы можете посмотреть бесплатно "Azərşəkər" müasir əkinçilik texnologiyalarının tətbiqi ilə bağlı tədbir keçirib - Azərtac или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Şəmkir rayonunda “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında “Müasir resurslara qənaət edən əkinçilik texnologiyalarının tətbiqi” mövzusunda tədbir keçirilib. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) və “Azərşəkər” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının əməkdaşları, fermerlər iştirak ediblər. Tədbirdə “Strip till” texnologiyasının tətbiqinin üstünlükləri barədə məlumat verilib, “Mzuri” texnikasının təqdimatı keçirilib. Bildirilib ki, Almaniya istehsalı olan bu texnika ilk dəfə olaraq “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən təsərrüfatında təkrar qarğıdalı və soya əkini zamanı istifadə edilib. “Mzuri”nin üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır. Tədbir iştirakçıları “Azərşəkər” MMC-nin “Strip till” texnologiyası ilə əkilmiş qarğıdalı sahəsinə və taxıl təsərrüfatında gedən arpa səpininə baxış keçiriblər. Sonda iştirakçılar şəkər çuğundurunun yığılması prosesi ilə tanış olublar. Bildirilib ki, 161,5 hektar ərazini əhatə edən şəkər çuğunduru sahəsinin hər hektarından orta hesabla 80 sentner məhsul yığılması gözlənilir. Ümumilikdə, 12 min 920 ton şəkər çuğundurunun tədarükü proqnozlaşdırılır. Bu il ölkəmizdə ilk dəfə olaraq “Azərşəkər” MMC-nin Şəmkir təsərrüfatında şəkər çuğundurunun yığılmasında “Ropa Maus” texnikasından istifadə edilməsinə başlanılıb. Bu texnikanın tətbiqi sayəsində məhsulun yığım sürəti 2 dəfə artıb. “Ropa Maus” texnikası saatda təxminən 400 tona yaxın məhsul yığmaq gücünə malikdir. Qeyd edək ki, aqroparkın ümumi əkinə yararlı 4000 hektar sahəsinin 1500 hektarında müasir suvarma (pivot) sistemləri qurulub. Bu il aqroparkda 166,2 hektar arpa, 130,6 hektar buğda, 156,6 hektar qarğıdalı, 114,9 hektar soya, 161,5 hektar şəkər çuğunduru əkilib. Arpa üzrə orta məhsuldarlıq 5,14 ton/hektar, buğda üzrə 5,9 ton/hektar, qarğıdalı üzrə 9 ton/hektar, soya üzrə isə 2,5 ton/hektar təşkil edib. Ümumilikdə “Azərşəkər” MMC-nin Ceyrançöl təsərrüfatından bu il 854,3 ton arpa, 770,5 ton buğda, 1409 ton qarğıdalı yığılıb. Aqroparkda 71 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib. "Azərşəkər" şirkəti olaraq yeni iş imkanları və canlandırılmış kənd təsərrüfatı üçün 2017-ci ildə yola çıxdıq Vertikal inteqrasiyalı bir şirkət olaraq fəaliyyət göstərməyi nəzərdə tutduğumuz əkin sahələrində növbəli əkin sisteminə riayət edərək, müasir kənd təsərrüfatı maşın və avadanlıqlarından suvarma sistemlərindən və becərmə texnologiyalarından istifadə edirik. Təsərrüfatlarımızda səmərəli kənd təsərrüfatı fəaliyyətinin qurulması və yeni texnologiyaların tətbiqi nəticəsində kənd təsərrüfatının yüksək texnoloji sahəyə çevrilməsi əsas hədəflərimizdəndir. Vizyon Hədəfimiz dünyada mövcud qabaqcıl texnologiyanı uğurla tətbiq edərək, yüksək effektivli idarəetməyə malik aqroholdinq kimi fəaliyyət göstərməkdir. Azərşəkər olaraq anlayırıq ki, bu yolla ölkəmizin iqtisadi inkişafının dayanıqlığına, iqtisadi müstəqilliyinə töhvə vermiş olacağıq. Missiya Şirkətimizdə komanda işinə dəyər verərək, daim inkişaf edən bacarığımızla dünyanın ən son kənd təsərrüfatı texnologiyalarını tətbiq edirik. Korporativ sosial məsuliyyəti təşviq edərək ölkəmizin kənd təsərrüfatı sektorunda örnək dəyərlərə malik bir şirkətik. As Azersheker, we set off for new business opportunities and revitalized agriculture in 2017 As a vertically integrated company, we follow the crop rotation system in the crop areas where we intend to operate and use modern agricultural machinery and equipment, irrigation systems and cultivation technologies. One of our main goals is to turn agriculture into a high-tech field as a result of the establishment of efficient agricultural activities in our farms and the application of new technologies. Vision Our goal is to operate as an agroholding with highly efficient management by successfully applying the world’s current advanced technology. As Azersheker, we understand that by this way we will have contributed to the stability of economic development and economic independence of our country. Mission We apply the latest agricultural technologies of the world with our constantly evolving skills, valuing the team work in our company. We are a company with exemplary values in the agricultural sector of our country, promoting corporate social responsibility. Bizi izləyin / azersugar.az / azersugar.az / azersugar / azersugar_az / azersugaraz / aqrolab.az / aqrolab.az #Azərşəkər #Azərbaycan #aqrolab #KəndTəsərrüfatı #agrolab