У нас вы можете посмотреть бесплатно ERMƏNİ VƏHŞİLİKLƏRİ İFŞA OLUNUR или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
ABŞ Azərbaycanlılar Şəbəkəsi Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar etiraz aksiyası keçirib. Aksiyada Azərbaycan icmalarının Vaşinqtonda və ətrafda yaşayan üzvləri iştirak ediblər. Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktlar əks olunub. Bannerlərdə dünya birliyinə müraciətlə Xocalı soyqırımını dövlət səviyyəsində tanımaq şüarları, həmçinin bu faciənin ABŞ-ın 20-dən çox ştatı və dünyanın bir sıra ölkələri tərəfindən tanınması və pislənməsi haqqında məlumatlar yer alıb. Aksiya zamanı “Erməni terrorunu pisləyin!”, “Xocalı qətliamı bir daha təkrarlanmamlıdır! “Ermənistan etnik təmizləmədə təqsirkardır!”, “Ermənistan, Qarabağdan rədd ol!”, “Uşaq qatilləri”, və sair şüarlar səslənib. Etiraz aksiyasının iştirakçıları Ermənistan hökumətini Xocalı soyqırımını tanımağa çağırıblar. Onlar, Ermənistan silahlı qüvvələrinin Azərbaycandan dərhal çıxarılmasını, girovların azad olunmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şəraitin yaradılmasını tələb ediblər. Aksiya iştirakçıları Ermənistanı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin tələblərini yerinə yetirməyə çağırıblar.