У нас вы можете посмотреть бесплатно Ağdərədə girov götürülən əsgərimiz qaytarılacaqmı? Professor Qabil Hüseynli CANLI yayında или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Yaxın tarix düşmənçilik mənbəyi olmamalıdır. Davamlı sülh və bir yerdə yaşamaq üçün konstruktiv addımlar atılmalıdır. Birtərəfli ittihamlar yerinə, gələcəyə baxan, realist yanaşmalar üstünlük təşkil etməlidir. Bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bəyan edən Ermənistan hökuməti ilə münasibətlərimizi tədricən normallaşdırmaq üçün çalışa bilərik”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina və Monteneqroya səfərdən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib. Bu, altılı platformanın reallaşmasını yaxınlaşdırırmı? Avropa İttifaqından da pozitiv bəyanatlar var. Qurum Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsinə kömək etməyə hazırdır. Bu barədə Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrelin Ermənistan XİN başçısı Ararat Mirzoyana bu vəzifəyə təyin edilməsi məqsədilə göndərdiyi təbrik məktubunda deyilir. Ermənilərin isə Ağdərədə girov götürdüyü əsgər Cəmil Babayevin qaytarılması gündəmdədir. Ermənilər onu qaytaracaqmı? Azərbaycanda Cəmilin haqqında cinayət işi qaldırılıb. Bəziləri bu addımı doğru saymır. C.Babayevin hərbi hospitalın psixiatriya şöbəsində müalicə olurdu, hospitalı özbaşına tərk edib. Hərbçimizi geri qaytarmaq üçün nə kimi tədbirlər görülür? Yeri gəlmişkən, ermənilər Ağdərədə yeni su anbarı tikir (Azadlıq Radiosu). Bakıdan buna hansısa etiraz varmı? Azərbaycan bu fəaliyyətə necə yanaşacaq? Qarabağda, işğaldan azad edilmiş digər ərazilərdə erməni əhali səksəkədədir. Onlar AzadlıqRadiosuna (erməni redaksiyası) və digər mediaya təlaşla deyirlər ki, burada yaşamağın perspektivi yoxdur.