У нас вы можете посмотреть бесплатно Azərbaycanda ORDEN və TİTULU Geri Alınan 10 MƏMUR Hansılardır? - ŞOK OLACAQSINIZ! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#azerbaycan #orden #medal Azərbaycanda orden və medalları geri alınan 10 şəxs hansılardır? Bəziləri çox yüksək vəzifələr tutub, hətta baş nazir belə olan var. Söhbət kimlərdən gedir? Yerin qulağı kanalı son günlər ölkəmizdə əsas gündəm mövzusu olan Ramiz Mehdiyev məsələsini nəzərə alaraq, Azərbaycanda ordenləri geri alınan məmurları araşdırıb. Budur indiyədək orden, titulları və medalları geri alınan 10 şəxs: 10-cu yerdə Sabiq baş nazir Surət Hüseynov gəlir - Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilib. Surət Hüseynov 1993-cü il iyununda baş nazir təyin olunub. 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırıldı. Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edildi. 9-cu yer Sabiq səhiyyə naziri Əli İnsanov - Bir çox titulları, akademik fəxri adı geri alınıb. 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilən sabiq səhiyyə naziri Əli İnsanovdan bir çox titulları, o cümlədən akademik fəxri adı geri alınıb. 8-ci yerdə Akif Çovdarov yer alır - General rütbəsi, digər orden və medallardan məhrum edilib. 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilən, 3 il sonra isə imzalanmış əfv sərəncamı ilə azadlığa çıxan Akif Çovdarov general rütbəsindən və digər orden və medallardan məhrum edilib. 7-ci yer General-mayor Mövlam Şıxəliyev - Ləğv edilmiş MTN Baş İstintaq İdarəsinin rəisi “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordendən, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda”, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları və digər təltiflərdən məhrum edilib. 6-cı yer General-mayor Nizami Məmmədov - Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, təltiflərdən məhrum edilib. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov da təltiflərdən məhrum edilənlər siyahısındadır. 5-ci yerdə Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Həsənov - Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum olunub. 4-cü yerdə Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov yer alır - Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov da təltifləri əlindən alan şəxslər arasındadır. O, “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib. 3-cü yer sabiq hissə komandiri Rasim Əkbərov - Goranboy rayonundakı “N” saylı hərbi hissənin sabiq komandiri Rasim Əkbərov 2001-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunub və Milli Qəhrəman adından məhrum edilib. 2-ci yerdə General Nizami Şirinov gəlir - Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general rütbəsi, həmçinin orden və medalları alınıb. və 1-ci yerdə son günlər ölkədə böyük səs-küyə səbəb olan, hazırda dövlət çevrilişinə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb olunan Ramiz Mehdiyev gəlir. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı son günlər ardıcıl şəkildə rəsmi siyahılardan silinir. O, artıq Təhlükəsizlik Şurasının üzvləri arasında yoxdur, Prezidentin saytındakı bioqrafiyası çıxarılıb. Ramiz Mehdiyevin Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordenindən və digər fəxri adlardan məhrumedilmə prosesinə start verilib. Azərbaycanda bundan əvvəl də nüfuzlu şəxslərin, sənət adamlarının dövlət mükafatlarından məhrum edildiyi hallar olub. Məsələn, yazıçı Əkrəm Əylisli bu aqibətlə üzləşən şəxslərdəndir. Onun “Daş Yuxular” romanı ictimai qınaq doğurdu, nəticədə Prezident tərəfindən verilən bütün mükafat və təltiflər ondan alındı. Ramiz Mehdiyev hazırda dövlət çevrilişinə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb olunub. Dövlət resurslarında aparılan dəyişikliklər göstərir ki, Mehdiyevin adının dövlət salnaməsindən çıxarılması mərhələsi başlayıb; o, təkcə vəzifəsindən deyil, həm də dövlət yaddaşından silinməkdədir. Çünki dövlətin verdiyi ən yüksək ordeni daşımağa sadəcə “keçmiş xidmətlər” bəs etmir. Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrişili planı ilə bağlı Rusiyaya ünvanlandığı məktubu ortaya çıxandan sonra onun 50 nəfərdən ibarət yaratmaq istədiyi “Dövlət Şurası”nda kimlərin yer aldığı məsələsi əsas müzakirə mövzularından birinə çevrilib.