У нас вы можете посмотреть бесплатно “”Dilqəmi”nin heykəli – Aşıq Əli Quliyev” Əli Ürfanın 75 illik yubileyi. 18.03.2025 или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq Əli Quliyevin (Ürfan Əli) anadan olmasının 75 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib. Tədbir “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilib. Tədbirdə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli Əli Quliyevin Azərbaycan aşıq sənətinə verdiyi töhfələrdən, onun sənət yolunun əhəmiyyətindən və bu irsin qorunmasının vacibliyindən danışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İbrahim İlyaslının aparıcılığı ilə davam edən tədbirdə çıxış edənlər ustad sənətkarın Azərbaycan aşıq ənənələrində xüsusi rol oynadığını vurğulayaraq Əli Quliyevə xoş arzularını çatdırıblar. Konsert proqramında tanınmış və gənc ifaçılar Əli Quliyevin sevilən ifalarından və klassik aşıq havalarından nümunələr təqdim ediblər. Onların çıxışları alqışlarla qarşılanıb və tədbir iştirakçılarının böyük marağına səbəb olub. Yubilyar, ustad aşıq Əli Quliyev tədbirin təşkilatçılarına, çıxışçılara və sənətsevərlərə öz təşəkkürünü bildirib. O, Azərbaycan aşıq sənətinin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb və bu sənətin daim yaşamasını arzulayıb. Tanınmış elm və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin, aşıq sənətinin ustad ifaçılarının, gənc aşıqlar və sənətsevərlərin iştirak etdiyi tədbir Azərbaycan mədəniyyətinin ən dəyərli sahələrindən biri olan aşıq sənətinin təbliği və inkişafı baxımından əlamətdar hadisə kimi yadda qalıb.