У нас вы можете посмотреть бесплатно Yaşlı Qadınlarda qanaxma - SƏBƏBİ NƏDİR? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#Ginekoloq #Xəyalə #Hamiləlik Tibb üzrə fəlsəfə doktoru, Mama-ginekoloq Xəyalə Təhməzi Tel: 055 882 38 34, 077 312 38 34 İnstaqram: https://www.instagram.com/ginekoloq.x... Facebook: https://www.facebook.com/Tibb-%C3%9Cz... MAMALIQ VƏ GİNEKOLOGİYA İXTİSASINDA TİBB ELMLƏRİ ÜZRƏ Fəlsəfə Doktoru Təbii (ağrısız) və Cərrahi (keysəriyyə) doğuşlar.Laporaskopik və açıq ginekoloji əməliyyatlar,histereskopiya,ginekoloji plastik əməliyyatlar,USM diaqnosika, Sonsuzluğun müalicəsi,süni mayalanma, EKO Universitet Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsi 1993-1999 Azərbaycan Aspirantura Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Mamalıq və Ginekologiya 2000-2003 Azərbaycan Uzmanlık Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Tibb elmlər üzrə fəlsəfə doktoru 2000-2007 Azərbaycan Mamalıq və Ginekologiya ixtisası üzrə Dosent 2019-cu il Azərbaycan Klimakterik dövrdə isə hormonal requlyasiya sistemi endokrin orqanların funksiyalarının sönməsi ilə əlaqədar pozulur. Cavanlıq dövründa olduğu kimi, sönmə mərhələsində də requlyator mexanizmlər neqativ amillərin təsirinə asan məruz qalır. Klimakterik dövrdə anovulyator disfunksional uşaqlıq qanaxmaları 50-60% hallarda rast gəlinir. O, beynin hipotalamik nahiyəsində baş verən yaş dəyişiklikləri ilə əlaqədar baş verir. Bunun nəticəsində qonadotropin-rilizinq hormonların tsiklik sekresiyası dəyişir, deməli, eyni zamanda follikulların da yetişməsi pozulur. Bu dövrdə olan qadınlarda qanaxma adətən cinsiyyət siteminin onkoloji xəstəliklərilə əlaqədar olur. Buna görə də, DUQ-un bu xəstəliklərlə diferensial diaqnostikasına xüsusi diqqət verilməlidir. Qalan 15-20% reproduktiv dövrdə olan disfunksional uşaqlıq qanaxmalarının payına düşür. Onlar estrogenlərin artıq sekresiyası və progestron defisiti ilə müşayiət olunan, persistensiya edən follikul fonunda inkişaf edir, hansı ki, endometriumun vəzli-kistoz dəyişikliyinə səbəb olur. Beləliklə, həm hələ tam formalaşmamış, həm də artıq sönən hormonal requlyasiya sistemi DUQ-a səbəb olan amillərin təsirinə asan məruz qalan fon yaradır. Səbəbləri və əlamətləri DUQ-un əsas səbəbləri aşağıdakılardı: Peşə zərərləri, intoksikasiyalar, ümumi xarakterli infeksion-iltihabi xəstəliklər. Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, həmçinin neyroleptik preparatların qəbulu. Bütün bunlar yumurtalıqların reseptor aparatının pozulmasına gətirib çıxarır. Əqli və fiziki yorğunluq. Tez-tez psixoloji gərginlik və stress vəziyyətləri. Zülal, vitamin və mikroelementlərin çatmamazlığı ilə əlaqədar qeyr-düzgün qidalanma. Yaşayış yerinin tez-tez dəyişdirilməsi. Baş beyin şişləri, hiper- və hipotireoz, İtsenko-Kuşinq sindromu və xəstəliyi, hormon sekresiya edən ektopik şişlər və s. ilə əlaqədar endokrin orqanların funksiyalarının pozulması. Ağırlaşma ilə keçən hamiləlik və abortlar. Cinsi yetkinlik və involyusiya dövrlərində endokrin sistemin yenilənməsi; Endokrin və cinsiyyət sistemlərinin genetik xəstəlikləri.