У нас вы можете посмотреть бесплатно General-mayor Vitali Balasanyan: Allahverdi çox yaxşı insan idi. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
❗vitali balasanyan ermənistan saytlarından birinə Allahverdi Bağırovla hələ müharibədən əvvəl başlayan dostluğundan (sayt bu münasibətləri dostluq adlandırır-S.Həmid) danışıb. Mən Allahverdinin böyük qardaşı Maliklə yaxın idim. Mən müharibədən əvvəl Əsgəranda bir ictimai iaşə müəssisəsini idarə edirdim. Malik isə Ağdamda bir restoranın direktoru idi. Biz beləcə tanış olmuşduq. Səksəninci illərin sonlarında Malik Azərbaycan Xalq Cəbhəsinin Ağdam rayon şöbəsinin sədri oldu. 1991-ci ildə Malik mitinqdən sonra Bakının sahilyanı parkında (bunun Dənizkənarı Bulvar, yoxsa Sahil bağı olduğu anlaşılmır. Yazıda “Primorskiy park” sözü keçir-S.Həmid) öldürüldü. Allahverdi yaxşı futbol oynayırdı, onun öz komandası var idi. O, qardaşının ölümündən sonra onun yerini tutdu. Həmin vaxt Ağdamda iki qoşun var idi: biri Azərbaycanın rəsmi rəhbərliyi, digəri Xalq Cəbhəsi tərəfindən təyin edilmişdi. Allahverdi çox yaxşı insan idi. Ümumiyyətlə, onun ailəsi yaxşı ailə idi, mən onlarla yaxın idim. Onun yaxşı atası var idi. Bizim tanışlığımız və ünsiyyətimiz, birmənalı olaraq həm mənə, həm də ona fayda verirdi. Biz o günlərdə yüzlərlə məsələni həll edirdik. Bu və ya digər səbəbdən qarşı tərəfdə olan insanlarla bağlı Allahverdi ilə görüşlər keçirirdik və onların qaytarılması istiqamətində razılıq razılıq əldə olunurdu. Allahverdi çox məsuliyyətli insan idi: elə bir iş olmurdu ki, mən həmin işlə bağlı onunla əlaqə saxlamayım və həmin məsələ həllini tapmasın. Bəzən elə olurdu ki, bizim yaralı uşaqlarımız (hərbçilərimiz mənasında) onların tərəfində qalırdı və radist bu barədə mənə məlumat verirdi. Mən Allahverdi ilə əlaqə saxlayırdım və məsələ qarşılıqlı razılaşma ilə həllini tapırdı. O, məsələnin bizim adamlarımızın ölümü həddinədək gəlib çıxmasına imkan vermirdi... Düşmənçilik bizim bu günümüzdə güclüdür (Vitali Balasanyanın bu müsahibəsi Vətən müharibəsindən əvvəl verilib). İndi həm ordular, həm elitalar, həm də cəmiyyətlər düşmənçilik əhval-ruhiyyəsindədir. Bu çox təhlükəlidir. O zaman qoşunlar o qədər düşmən deyildi: biz bəzən rəhbərliyə məruzə etmədən məsələləri tez bir zamanda həll edə bilirdik. Mən adamlarımın mənə qaytarılacağını bildiyim halda nə üçün yaralı Azərbaycan əsgərini və ya həlak olanın nəşini saxlamalıydım?!.. Allahverdi bizim ərazimizdə, Aranzəmin kəndinin (Xocalı rayonunun Aranzəmin kəndi həmin vaxt artıq işğal altına düşmüşdü) girişində həlak oldu: UAZ-da beş nəfər var idi. Onlar 12 iyun 1992-ci ildə mina partlayışına məruz qalmışdılar... Allahverdi Ağdamda dəfn edilib. Onun qəbri qorunub saxlanılıb, yanında fotoşəkli var... ❗🇦🇿Allahverdi Bağırov. 22 aprel 1946-cı ildə Ağdamda anadan olub. İdmanla məşğul olub, “Qarabağ” futbol klubuna rəhbərlik edib. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsinə daxil olub, Ağdam rayonunun müdafiəsini öz üzərinə götürüb. Xocalı faciəsi zamanı Allahverdi Bağırovun Əsgəran batalyonunun komandiri Vitali Balasanyanla danışıqlarından sonra üç gün ərzində 1003 Xocalı sakini əsirlikdən azad edilib. Həmçinin, bu danışıqlar nəticəsində 700 azərbaycanlının cəsədi geri alınıb. 12 iyun 1992-ci ildə şəhid olub. Ölümündən sonra – 24 fevral 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 💡❗vitali balasanyan. 5 mart 1959-cu ildə DQMV-nin Əsgəran rayonunda anadan olub. 1990-cı ildə Əsgəran rayonu özünümüdafiə qüvvələrinin komandiri, 1991-ci ildə birinci çağırış qondarma DQR Ali Sovetinin deputatı seçilib. 1992-ci ilin avqustunda qondarma DQR müdafiə ordusunun Əsgəran müdafiə rayonunun komandiri təyin edilib. 1996-1999-cu illərdə hərbi birləşmənin komandiri, 1998-1999-cu illərdə qondarma rejimin müdafiə ordusunun komandanının müavini olub. 1999-cu ilin sentyabrında qondarma rejimin “müdafiə naziri”nin müavini təyin edilib. 2000-ci ilin martında vitali balasanyan general-mayor rütbəsinə layiq görülüb. 2002-ci ildə ona “artsax qəhrəmanı” adı verilib. 2005-2016-cı illərdə qondarma DQR-in qondarma parlamentinin deputatı olub. 2016-cı ildə “DQR” təhlükəsizlik şurasının katibi təyin edilib. vitali balasanyan Xocalı soyqırımının çox fəal iştirakçısıdır. O, 2016-cı ilin aprel döyüşlərində də iştirak edib. samvel babayan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına etiraz əlaməti olaraq qondarma rejimin təhlükəsizlik şurasının katibi postundan istefa verdikdən sonra Vitali Balasanyan noyabr ayında yenidən bu posta təyin edilib.