У нас вы можете посмотреть бесплатно Ömər Xəyyam - Biz şərab içirik, sən xalq qanını - Kamran M. YuniS или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#kamranmyunis #ömərxəyyam #kamranyunis #şeirlər #omarkhayyam #sevgişeirləri #şiirler #poeziyateatrı #hacıxanməmmədov #rübailər Ömər Xəyyam - Biz şərab içirik, sən xalq qanını Bəstəkar - Hacı Xanməmmədov Dostlar şərab ilə bəsləyin məni, Döndərin yaquta sarı çöhrəni. Mən ölsəm qırmızı şərabla yuyun, Meynə tabutunda aparın məni. O gün ki, əlimə alıram şərab, Elə bil şadlıqdan oluram xərab. Təbim oda dönür, sözlərim suya, Yüz möcüz önümdə eyləməyir tab. Nə yazıq ömrümüz getdi tufana, Döndü çox ciyərlər əcəldən qana. O dünyadan dönüb gələn olmadı, Bilək neyləyirlər orda insana. Bir şüşə mey olsa, bir divan olsa, Bir az çörək olsa, xoş zaman olsa, Mənə xarabalıq xoşdur saraydan Yanımda mehriban bir canan olsa. Hər varlıq, hər yoxluq bəllidir mənə, Bilirəm zil nədir, bilirəm bəm nə, Əgər sərxoşluqdan yüksək şey bilsəm Qoy cəhl deyilsin Xəyyam elminə. Ey dost, olan işçün çəkmə qəm, kədər, Səni incitməsin boş düşüncələr. Xoş keçin dünyada, sevinclə ömr et, Çünki getməyindən tutmazsan xəbər. Sadəlöhv canımdan mən cana gəldim, Cəfakeş canımdan fəğanə gəldim, Mənsiz də dünyanın işi keçərmiş, Əcəba nə üçün Cahana gəldim? Ey şəhər müftisi, səndən pərgarıq, Bunca sərxoşluqla səndən huşyarıq. Biz şərab içirik, sən xalq qanını, Insaf et, hansımız daha qəddarıq?