У нас вы можете посмотреть бесплатно Stress sınığı или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
59 yaşlı qadın pasiyet. Sagittal T1, T2, aksiyal T2, sagittal TİRM, koronal T1 və TİRM rejimləri alınıbdır. Müayinə Siemens Essenza 1.5 Tesla MR ilə aparılmışdır. Bel-oma nahiyəsinin MRT müayinəsi Bel lordozu düzləşmişdir. Fəqərə cisimlərinin hündürlükləri normaldır. Disk məsafələri normal genişlikdədir. L3-4, L4-5 və L5-S1 disklərin siqnal intensivliyi T2 rejimlərdə degenerasiyaya bağlı azalmışdır. L3-4 diskdə dural kisəni sıxan 3 mm ölçülü sol paramedian/foraminal protruziya qeyd olunur. L4-5 diksdə dural kisəni sıxan 3 mm ölçülü geniş əsaslı sol paramedian protruziya izlənilir. L5-S1 seqmentlər boyunca arxa boylama bağ qalınlaşmışdır. Onurğa beyni L1 səviyyəsində conus medullaris şəklində sonlanır. Əlavə olaraq alınmış koronal T1 və TİRM rejimlərdə sakrumun sağ massa lateralis hissəsində perifokal sümük iliyi ödemi ilə əhatə olunmuş sınıq xətti izlənilir. Nəticə: Multiseqmentar osteoxondroz. L3-4 diskdə dural kisəni sıxan 3 mm ölçülü sol paramedian/foraminal protruziya. L4-5 diksdə dural kisəni sıxan 3 mm ölçülü geniş əsaslı sol paramedian protruziya. L5-S1 seqmentlər boyunca arxa boylama bağın qalınlaşması. Əlavə olaraq alınmış koronal T1 və TİRM rejimlərdə sakrumun sağ massa lateralis hissəsində perifokal sümük iliyi ödemi ilə əhatə olunmuş sınıq xətti (DD: stress sınığı). Radioloq Dr.İlham Kərimov 📱*0038 📱+994 50 597 16 47 ☎+994 23 385 29 15 📧[email protected] 📌Qusar şəh., F. Musayev küç., 27 #okihospital #okiclinic #okiklinikası #kt #mrt #usm #rentgen #радиолог #radiologiya #stressınığı #azərbaycan #qusar