У нас вы можете посмотреть бесплатно YAŞAR CƏLİLOV T.E.D. PROFESSOR. TRAVMATOLOQ-ORTOPED. BİOQRAFİYASI. WIKIMED.AZ TƏQDİMAT или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
YAŞAR CƏLİLOV. TRAVMATOLOQ. PROFESSOR, AZ.ETTOİ ELMİ BÖLMƏ RƏHBƏRİ, Azərbaycan Travmatoloq və Ortopedlərinin Assosiasiyasının Prezidenti. YAŞAR R. CƏLİLOV, T.e.d, Az.ETTOİ-nin Elmi Bölmə Rəhbəri, Azərbaycan Travmatoloq və Ortopedlərinin Assosiasiyasının Prezidenti. Cəlilov Yaşar Rəftar oğlu 29.01.1955-ci ildə anadan olmuşdur. Tibb elmləri Doktoru, AR SN Elmi-Tətqiqat Travmatologiya və Ortopediya İnstitutunun Ortopediya Bölməsinin Elmi Rəhbəridir. 1971-ci ildə Yaşar Cəlilov orta məktəbi Qızıl medalla, 1978-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakultəsini Fərqlənmə diplomu ilə bitirib. 1978-87-ci illərdə Dağlıq Qarabağ Vilayət xəstəxanasında Xankəndi şəhəri) travmatoloq vəzifəsində işləmişdir. 1984-ci ildə Yaşar Cəlilov Rusiya Federasiyasının Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda (Moskva şəhəri) aspiranturaya daxil olmuş və 1987-ci ildə «Сравнительная оценка методов хирургического лечения остеохондроза поясничного отдела позвоночника» mövzusunda Tibb elmləri namizədlik dissertasiyasını müdafiyə etmişdir. 1987-ci ildən AR SN ET Travmatologiya və Ortopediya İnstitutunda kiçik elmi işci, böyük elmi işci, və 2001-ci ildən BO və TF Elmi bölməsinin Rəhbəri vəzifəsində çalışır. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2005-ci ildə Rusiya Federasiyasının Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda (Moskva şəhəri) «Комплексное консервативное и оперативное лечение сколиоза» mövzusunda Tibb Elmləri Doktoru dissertasiyasını müdafiyə etmişdir. 2004-cü ildə “Azərbaycan Travmatoloq və Ortopedlərinin Assosiasiyası”-nın (AzTOA) təsiscilərindən biridir. 2009 ildən AzTOA-nın Vitse Prezidenti, 2012–ci ildən isə onun Prezidentidir. 2019-cu ildən onlayn Yaşar Cəlilov nəşr olunan AzTOA-nın “AZƏRBAYCAN ORTOPEDİYASI-ORTHOPEDİCS OF AZERBAİJAN” elmi-praktiki jurnalın Baş redaktorudur. 2007-ci ildən nəşr edilən AR Səhiyyə nazirliyi ETTOİ-nin “Azərbaycan Ortopediya və Travmatologiya jurnalı”-nın Redaksiya Heyyətinin üzvüdür 2010-cu ildən Beynəlxalq Cərrahi Ortopediya və Travmatologiya Cəmiyyətinin (Société Internationale de Chirurgie Orthopédique et de Traumatologie (SICOT) aktiv üzvüdür. 2011 ildən Avropa ölkələrinin EFORT federasiyasının üzvüdür. Y.R.Cəlilov aktiv ortoped-cərrahdır. O onurğa skoliozu, hiperkifozu, bel osteoxondrozu, spondilolistez, fəqərə sınıqları, ətrafların travmaları və ortopedik xəstəlikləri olan minlərlə pasiyentlərə mürəkkəb və uğurlu cərrahi əməliyyatlar icra etmişdir və indidə bu fəaliyyətini davam edir. Onun Elmi-kliniki fəaliyyəti 140 məqalə və metodiki tövsiyyələrdə işıqlandırılmışdır. Elmi məqalələrinin 45-i xarici dövlətlərin aparıcı elmi jurnallarında dərc edilmişdir. Y.R.Cəlilov SSRİ və Azərbaycan Respublikasının 5 Patentinin və 18 səmərələşdirici təklifinin müəllifidir. Y.R.Cəlilovun Elmi və kliniki tətqiqatlarının əsas istiqamətləri: – onurğanın degenerativ xəstəliklərinin ortopedik və cərrahi müalicəsi; – onurğa sütununun deformasiyalarının ortopedik və cərrahi müalicəsi; – ətrafların müxtəlif etiologiyalı ortopedik-travmatik patologiyasına həsr edilmişdir.