У нас вы можете посмотреть бесплатно SHUSHAYA SALAM GULNAZ FEYZULLA 01 11 2022 или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
"Şuşaya salam!", XXXVII şair Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün – 01 noyabrda Qazaxıstanlı şairə Gülnaz Feyzulla , onun Şuşanı salamlaması, ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir. Gülnaz Feyzulla, Qazaxıstan “Salam, hörmətli azərbaycanlılar. Sizə Qazaxıstandan, əziz Türküstan şəhərindən salamlarımı çatdırıram. Bu il azərbaycanlılar “Şuşa ili”ni qeyd edirlər. Bizim köklərimiz, tariximiz, canımız-qanımız birdir. Bütün azərbaycanlıları, Şuşa sakinlərini ürəkdən salamlayıram. Qoy sülh və əminamanlıq olsun həmişə. Sizin üçün “Bakıda bayram” şerimi sizə həsr edirəm...” Bakıda bayram Elə bil endibdir göylərdən yerə Ulduzlar hamısı bir an içində. Bakının gecəsi min bir gecədir, Hər qəlbdə xoşbəxtlik özgə biçimdə. Elə bil nağıldır, danışmışdılar, Ətraf yaşıl rəngə boyanıb bütün. Gözləri atəşli igid qardaşlar O qədim ruhları oyatmışdılar. Qovur bir-birini bəyaz ləpələr, Sirrləri sahilə daşıyıb qalır. Sevinir gərdişə hamı, bu şəhər, Xəzər yelkən kimi bağrını açır. Təbiət sevinir bu möcüzəyə, Ətrafda xoş əhval, şənlik, toy-büsat. Şair qəlbi dolur nəhəng ümman tək, Hamı vəcd içində yaşanır həyat. Dünya gözəlitək bərq vurur Ay da, Şüası dənizə düşür, çoxalır. Göydələn binalar baş vurur göyə, Hər evdən xoş səda gəlir, ucalır. Dədələr dağ aşıb, qaya yonubdu, Qalalar alıbdı, qəsrlər tikib. Şahiddi Bakı tək əsrlər buna... Bu yurdun boyuna cənnət biçilib. Tərcümə: Səlim Babullaoğlu