У нас вы можете посмотреть бесплатно Qaraqan — Sahillər (Gəmilərini Gözlər) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Retroqradın daha bir mənzərəsi: uzun müddət görüşməyən iki insanın xəyali məktublaşması. Şəhəri tərk etmiş birinin uzaqdan hal-əhvalı. Oğlan qıza sadə, pafossuz həyatından danışır. Azadlığın hər cür statusdan üstün olduğunu deyir — göstərmək yox, yaşamaq azadlığı. Burada böyük mesaj axtarmayaq. Bu, unudulmuş “albom mahnısı” ruhudur. Yaradıcı insanlar belə mahnılarda dincələr, sonra yenidən öz ağır yollarına davam edərlər. ** Mahnının sözləri: Sahillər gəmilərini gözlər İllər məni geriyə səslər Hardasan, gözəlim, hardasan? Qışmı qəlbin, ya bahardasan? Bir axşam taksidən payıza Əl-ələ qaçarıq sənlə uzağa, harasa Bu dünyada tapa bilmədik biz özümüzə ev Darısqal buralar, bizə darısqal Ürəyimizi sıxırdı şəhərin Necə olarları, nə edərləri Xatirələri qatladıq, səliqəli çantamıza atdıq Və çıxardıq yaddan Orda hamı mini king, mikro imperator Biz isə azadıq dənizlərdə, biz piratıq Bizim azadlığımız onların qorxulu yuxusu Yuxularına biz haram qatırıq Rahatlığı biz sərgüzəştlərə satırıq Titanik batır, biz qalxırıq aysberqin üstünə Kömək gələnə kimi qalın şubalara bürünürük Ulduzlara baxırıq Sahillər gəmilərini gözlər İllər məni geriyə səslər Hardasan, gözəlim, hardasan? Qışmı qəlbin, ya bahardasan? Bir axşam taksidən payıza Fikirlərimiz uçar uzağa, harasa Retroqradın küçələri dolu Yalan dəyərlər ilə Hara baxsan, hamı yarasa Dalanların arası ilə Ayaqların hələ də o şəhəri gəzərmi? Xəzrilər əsərmi? Xatirələrim yarımçıq əsər Amma eşitmişəm, Bakını tərk edir Xəzər Sahillər gəmilərini gözlər İllər məni geriyə səslər Hardasan, gözəlim, hardasan? Qışmı qəlbin, ya bahardasan? Sahillər gəmilərini gözlər İllər məni geriyə səslər Hardasan, gözəlim, hardasan? Qışmı qəlbin, ya bahardasan? *** Birinci Dərəcəyə Qoşul — İntibah səndən başlayır! https://qaraqan.org/birinci-derece/ Instagram / qaraqanmusic Spotify https://open.spotify.com/artist/6913K... X / qvrvqvn İş birliyi və layihələrlə bağlı təkliflərinizi buraya göndərin https://qaraqan.org/elaqe Rəsmi saytımız: https://qaraqan.org