У нас вы можете посмотреть бесплатно Əbu Həmzə Sumali Duası | Tərcümə & Oxunuş | Mehdi Sedqi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Mətn: İlahi, məni Öz cəzanla ədəbləndirmə və məni Öz tədbirinə düçar etmə. Ey Rəbbim, mən haradan xeyir tapım, bir halda ki, xeyir Sənin dərgahından qeyri bir yerdə tapılmır; və mən haradan nicat yolu tapım, bir halda ki, Sənin köməkliyin olmadan bu, müyəssər deyil. Yaxşılıq edən Sənin köməyin və rəhmətindən ehtiyacsız deyil. Pislik edən, Sənə qarşı cürət edən və Səni razı etməyən Sənin qüdrətindən xaric deyil. Ey Rəbbim, ey Rəbbim, ey Rəbbim. Bir nəfəs yetənədək “Ey Rəbbim” zikrini de. Daha sonra de: Səni Sənin köməyinlə tanıdım, Sən məni Özünə tərəf yönəltdin və dəvət etdin; əgər Sən olmasaydın, mən bilməzdim ki, Sən kimsən. Həmd-səna o Allaha məxsusdur ki, mən Onu çağırıram və O mənə cavab verir, baxmayaraq ki, O məni çağırdıqda mən süstlük göstərirəm. Həmd-səna o Allaha məxsusdur ki, mən Ondan istəyirəm və O mənə əta edir, baxmayaraq ki, O məndən infaq etməyi (bəxş etməyi) tələb etdikdə mən paxıllıq edirəm. Həmd-səna o Allaha məxsusdur ki, mən Onu hər istəyim üçün çağırıram, və hər zaman sirlərim barədə Onunla xəlvətdə vasitəsiz danışıram, O da mənim istəklərimi həyata keçirir. Həmd-səna o Allaha məxsusdur ki, mən Ondan qeyrisini çağırmıram və əgər Ondan qeyrisini çağırsam, mənim istəyimə cavab verməyəcəkdir. Həmd-səna o Allaha məxsusdur ki, Ondan qeyrisinə ümid bağlamıram və əgər Ondan qeyrisinə ümid bağlasam, naümid olaram. Həmd-səna o Allaha məxsusdur ki, məni əziz etməkdən ötrü məni Özünə tapşırmışdır və məni xar etməsinlər deyə məni camaata tapşırmamışdır. Həmd-səna o Allaha məxsusdur ki, mənə sevgi göstərir, bir halda ki, mənə ehtiyacı yoxdur. Həmd-səna o Allaha məxsusdur ki, mənə dözür, sanki mənim günahım yoxdur. Elə isə, mənim Rəbbim mənim həmd-sənama ən layiq olandır. Bizi sosial mediada izləyin: İnstagram: / qirilmaz.ip TikTok: / qirilmaz.ip Telegram: https://t.me/qirilmazip