У нас вы можете посмотреть бесплатно Gobelekden zeherlenmeye diqqet!!! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Abone OL: https://goo.gl/W99fFm Copyright © ARB Şəki Sayt: https://goo.gl/NfKDu5 Facebook: https://goo.gl/XVhVzG Qida rasionumuza daxil olan ərzaq məhsullarından biri də göbələkdir. Zəhərli və yeməli göbələklərin bir çox növləri var ki, onları bir-birindən ayırd etmək əsl mütəxxəsis işidir. Təəssüf ki, bəzən sakinlərin yaxşı tanımadıqları halda göbələk toplamaları acı nəticələrə yol aça bilir. Elə dünən Qaxda iki uşaq məhs göbələk zəhərlənməsindən dünyasını dəyişdi. Ani bir diqqətsizlik hər an belə faciələri qaçılmaz edir. Dünyada 100 min növdən artıq göbələk növü var ki, Azərbaycandada bu göbələklərdən 500 növünə rast gəlinir. Əsasən yaz və payız aylarında, yağmurlu havalarda bitən bu göbələklərdəndə 40 növü xüsusilə zəhərli sayılır. Yaz və payız aylarında yerli sakinlər meşə zolaqlarına,əkin sahələrinə və bağlara üz tutaraq təbii şəkildə bitən göbələkləri toplayır, onlardan müxtəlif yemək və salatlarda istifadə edirlər. Təbii şəkildə bitən göbələyi öz qida rasionuna daxil edən insanların yalnız müəyyən bir qismi zəhərli göbələyi yeməli göbələkdən ayırd edə bilir. Göbələk yığarkən diqqət edilməli bəzi incə nüanslar var. Belə ki, yaşayış yerlərinə yaxın və nəqliyytın sıx hərəkət etdiyi məkanlardan, qoz ağacı kölgəsindən toplanan yeməli növ göbələklər belə insanın zəhərlənməsinə yol aça bilər. Göbələk mövsümü hələlik yeni başlasa da artıq Zaqatalada bir neçə yüngül zəhərlənmə faktı qeydə alınıb. Qaxda isə göbələk zəhərlənməsi iki uşağın ölümü kimi faciəyə yol açıb. Mütəxəssis onu da vurğulayır ki, göbələyin zəhərini çıxarmaq üçün əhalinin istifadə etdiyi metodlar düzgün nəticə vermir. Odur ki, xüsusi laboratoriyalarda yoxlanılmış satışda olan göbələklərdən istifadə etmək daha məqsədə uyğundur. Göbələk qida məhsulu kimi hər nəqədər ləziz və faydalı olsa belə, sağlamlığımızdan qiymətli deyil. Odur ki, əmin olmadığımız halda bu qidalardan istifadə etmək məsləhət görülmür. Hətta əmin olduğu göbələyi yedikdən sonra belə, özündə zəhərlənmə əlamətlərini hiss edən hər kəs təcili ən yaxın həkim məntəqəsinə müraciət etməlidir. #ARBŞəki #göbələkyığımı #zəhərlənmə