У нас вы можете посмотреть бесплатно Uşaqlıq boynu qısadırda - Nə etməli? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
tel: +994 50 797 17 07 İnstagram: dreminhaqverdiyev Digər Youtube kanalımız: / @yorgunginekoloq327 Hamilələrdə qısa uşaqlıq boynu — orqanın uzunluğunun müvafiq hestasiya dövrü üçün nəzərdə tutulan minimal göstəricilərdən az olması ilə səciyyələnir. Əksər hallarda simptomsuz keçir, USM-skrininq zamanı aşkarlanır. Vaginal ifrazat və qarnın aşağı hissəsində ağrılardan ibarət klinik simptomatikanın yaranması hamiləliyin pozulması riskinin yüksək olmasına dəlalət edir. Diaqnozun qoyulması üçün ginekoloji baxış, servikometriya aparılır, zərurət olduqda hormonal fon təyin edilir. Müalicə kombinəolunmuş olub, tokolitiklərin qəbulu, hormonoterapiya, mamalıq pessariumunun qoyulması və ya servikal kanalın tikilməsindən ibarət olur. Hamilələrdə qısa uşaqlıq boynu barədə ümumi məlumat Qısa uşaqlıq boynu— hamiləliyin özbaşına pozulmasının ən çox rast gəlinən səbəblərindən biridir. Mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin məlumatlarına əsasən gec düşüklər və vaxtından əvvəl doğuşların 15-42%-i bu patologiyanın təsirindən yaranır. Hər 10-cu xəstədə qısa uşaqlıq boynu müşahidə olunur. Diaqnoz adətən hamiləliyin 15-20-ci həftəsində qoyulur. Hestasiyanın 20-ci həftəsində orqanın ölçüsünün 3 sm-dən az olması hamiləliyin davam etdirilməsi üçün kritik sayılır. II trimestrin sonunda uşaqlıq boynunun 2 və daha az sm-ə qədər qısalması pozğunluğun cərrahi yolla korreksiyası üçün birbaşa göstəriş sayılır. Patologiyaya əksər hallarda təkrar doğan qadınlarda rast gəlinir, bu da keçmiş doğuşlarda baş verən travmalarla izah olunur.