 
                                У нас вы можете посмотреть бесплатно DİQQƏT!!! Kalsium qəbulu bu cür olmalıdır? Dr.Sadiq Bəbirov или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
                        Если кнопки скачивания не
                            загрузились
                            НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
                        
                        Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
                        страницы. 
                        Спасибо за использование сервиса ClipSaver.ru
                    
Kalsium qəbulu necə olmalıdır? Davamlı olaraq kalsium qəbulu edilərsə, hansı fəsadlar yarada bilər? Daha ətraflı #cerrahendokrinoloqsadiqbabirov məlumat verdi. Əziz izləyicilər göndərdiyiniz suallar əsasında sizə mövzular təqdim edirik. Suallarınızı directə və ya şərh olaraq da göndərə bilərsiniz 😇 📍Ünvan: Bakı, Azərbaycan, Həsənoğlu küç., 16A 📞 Telefonlar: (012)514 45 01; (012)514 45 02 Mobil: (050) 210 23 44 Facebook: Endokrin Merkez İnstaqram: endokrin.merkez Orqanizmdə kalsium mubadiləsi Bildiyimiz kimi kalsium bizim orqanizmimiz üçün vacib mikroelementlərdən biridir. Kalsiumun qanda eyni səviyyədə qorunub saxlanılmasında skelet, böyrəklər, bağırsaqlar, qalxanvari ətraf vəziləri, maqnezium və vitamin D-nin böyük rolu vardır. Normal yetkin insan gün ərzində qida ilə təqribən 1000 mg-a qədər kalsium qəbul edir. Yaş artdıqca kalsiumun qana sorulması azalır. Kalsium əsasən sümüklərimizdə depo olunur. Gün ərzində böyrəklərimizdən təqribən 10 q- a yaxın kalsium keçir, bunun da 100-300 mg-I sidiklə xaric olunur, qalan hissəsi yenidən qan cərəyanına qaytarılır. Həmçinin böyrəklərdə qalxanvari ətraf vəzinin köməyi ilə vitamin D qeyri-aktiv haldan aktiv hala gəlir. Orqanizmimizdə kalsium mübadiləsində əsas rol oynayan orqanlardan biri qalxanətrafı vəzilərdir. Qanda kalsiumun miqdarı azalan kimi bu vəzilərdən parathormon adlanan hormon ifraz olunur. Bu hormon bagırsaqlara təsir edərək, onlardan kalsiumun sorulmasını artırır, böyrəklərə təsir edərək sidiklə kalsiumun xaric olunmasını azaldır və sümüklərə təsir edərək qana kalsium və fosforun keçməsini artırır və beləliklə qanda kalsiumun səviyyəsinin bərpa edir. Əgər qanda kalsiumun səviyyəsi yüksəkdirsə, onda qalxanvariətraf vəzilərindən parathormonun ifraz olunması azalır. Müxtəlif laboratoriyalar arsında fərq olsa da , qanda kalsiumun normal miqdarı 8.5-10.5 arasındadır. İonizə olunmuş kalsium isə 1.13-1.32 arasındadır. Adətən total kalsiumun səviyyəsi qandakı albumin səviyyəsinə bağlı dəyişə bildiyindən müayinə zamanı ionizə olunmuş kalsiumun yoxlanılması məsləhətdir. Qan alınan zaman əgər bazu çox sıxılarsa, o da qanda kalsium miqdarına təsir edərək, yüksək göstərə bilər. Ona görə də, əgər bir dəfə yüksək nəticə alınıbsa, onda ikinci dəfə də müayinə olunmalı, artıq bu zaman da artmış olarsa, onda araşdırılması üçün endokrinoloqa müraciət olunmalıdır. Qandan kalsium yüksələrkən ürəkbulanma , qusma, qəbizlik, qarın ağrısı, konsentrasiya və diqqətin pozulması, yorğunluq, bitkinlik, əzələlərdə gücsüzlük, tez-tez sidiyə getmə kimi çikayətlər meydana gələ bilər. Bəs hansı hallar qanda kalsiumun yükslməsinə səbəb ola bilər? Qanda kalsiumun yüksəlməsinin 80 % hallarda səbəbi paratireoid hormonunun yüksəkliyidir. Bundan başqa psixiatriyada çox istifadə olunan litium tərkibli preparatların, mədə xorası ilə əlaqədar qələvi məhlulları həddindən çox istifadə olunması, hipertireoz (zəhərli zob), Adisson xəstəliyi, feoxramasitoma, sarkoidoz, vərəm, xronik böyrək çatışmazlığı, vitamin D çatışmazlığı, uzun müddət oraqnizmin susuz qalması, hərəkətsiz yatan xəstələr və hərəkətsizlik zamanı da qanda kalsiumun səviyyəsi yüksəlir. Qanda kalsiumun miqdarının azalarkən pasientlərdə qol və ayaqlarda qıcolma, uyuşma, əzələ ağrıları, dırnaq qırılması, təzyiqin yüksəlməsi, xolesterinin artması, depressiya kimi şikayətlər rast gəlinə bilər. Qanda kalsiumun miqdarı azaldıqda, bədən bunu normallaşdırmaq məqsədilə,sümüklərdən kalsiumu yuyaraq qana atır. Bu da gələcəkdə sümük əriməsinə (osteoporoza) gətirir. Bəs hansı hallarda qanda kalsiumun səviyyəsi azala bilər? Qalxan ətrafı vəzilərdən parathormonun az ifraz olunması zamanı, xronik böyrək çatışmazlıqları zamanı, vitamin D çatışmazlığı zamanı, qanda maqneziumun azalması, bağırsaq xəstəliklərində ( kalsiumun qana sorulmasının pozulması nəticəsində), yetərincə qida ilə kalsium qəbul etmədikdə , sidiklə həddindən artıq kalsium atıldıqda (böyrək xəstəlikləri zamanı) qanda kalsium azal bilər. Qanda kalsiumun normal qalması üçündüzgün qidalanmamız önəmlidir. Pəhrimizdə yetərincə D vitamini qəbul etmək qanda kalsiumun normal qalması üçün vacibdir. Qidamıza balıq, süd kimi vitamin D ilə zəngin yeməklərin daxil olunması, gün ərzində 15 dəqiqə gün vannası qəbul olunması vacibdir. Çoxlu duz yeməmək lazımdır. Beləki, həddindən artıq duz yeyənlərdə sidiklə kalsiumun atılması artır. Həmçinin böyrəkdaşı xəstəliklərinin əmələ gəlməsi riski artır. Həddindən artıq proteinli qidalar qəbul edənlərdə də sidiklə kalsiumun atılması artır. Ancaq proteinin az qəbul olunması da kalsiumun azalmasına səbəb ola bilər. Ona görə də yetərli miqdarda protein qəbul olunmalıdır. Hər məqaləmdə dediyim kimi, orqanizmimizin bizə verdiyi siqnallara qarşı diqqətli olmalıyıq, sağlam qidalanmamıza qarşı diqqətli olmalıyıq. Erkən şikayətlərimiz olduğu zaman ləngimədən mütəxəssisə müraciət etmıyiniz önəmlidir.