У нас вы можете посмотреть бесплатно Şəmkir rayonu haqda 29 FAKT - ƏN VARLI RAYON или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#şemkir #semkir #rayon Azərbaycanın ən varlı rayonu - Ölkəmizdə yeganə holland qızılgülü bu rayonda yetişdirilir. Çox əməksevərdirlər. Bu rayondakı parkda Azərbaycan ərazisindəki bütün qədim abidələri görmək mümkündür. Yerin Qulağı yutub kanalı Paytaxt Bakıdan 400 kilometr aralıda yerləşən, ali təhsilli əhali sayı 5.79 % təşkil edən, qeyri-adi tarixi ilə fərqlənən ən varlı rayonlarımızdan biri olan Şəmkir rayonu haqda 29 faktı təqdim edir: Şəmkir rayonu 1930-cu ildə təşkil olunub. Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. Göygöl, Gədəbəy, Daşkəsən, Tovuz, Samux rayonları ilə həmsərhəddir. Ərazisi 1660 min kv. kilometrdir. Əhalisinin sayı 212 756 nəfərdir. Əhalinin 67 721 nəfəri şəhərdə, 132 423 nəfəri isə kəndlərdə yaşayır. Ali təhsilli əhalinin sayı 5.79 % - dir. Rayon ərazisində 1 şəhər, 7 şəhər tipli qəsəbə, 60 kənd var. Rayon mərkəzi Bakı şəhərindən 400 kilometr aralıda yerləşir. Avtomobil nömrəsi 57-dir. Dəniz səviyyəsindən 331 metr hündürlükdə yerləşir. Rayonun şimal-şərq hissəsini Ceyrançöl, mərkəzi hissəsini Gəncə - Qazax düzənliyi, cənubunu isə Kiçik Qafqazın şimal-şərq ətəkləri əhatə edir. Qədim tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan Azərbaycanın rayonları, bu rayonların sakinləri müxtəlif xüsusiyyətlərilə biri-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə tanınırlar. Şəmkirlilər torpağa bağlılığı ilə seçilirlər. Çox əməksevərdirlər. Rayon camaatının bir qismi Rusiyada işləyir. Yeri xərclərə əsasən aparılan statistikaya görə Şəmkir rayonu varlı rayonlar siyahısında ilk yerlərdə gedir. "Şəmkir" adı ərazidə yerləşən Şəmkir adlı qala ilə bağlıdır. Bu qalanın V-VI əsrlərdə Əhəmənilər tərəfindən inşa edildiyi söylənilir. Bu qalanın qalıntıları Muxtariyyat kəndindədir. Muxtariyyat kəndinin adı keçmişdə "Qala kəndi" idi. İndi isə Qədimqaladır. İndiki Şəmkir şəhərinin əsası 1818-ci ildə buraya köçürülmüş almanlar tərəfindən qoyulub. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında Yelenendorf (indiki Xanlar(Göygöl) rayonu) və Annenfeld adlı iki koloniya saldılar. 9 Fevral 1916-cı ildə Rusiya Almaniya ilə müharibə şəraitində olduğundan, koloniyanın adı dəyişdirilərək "Annino" adı verilmişdi. 1938-ci ildə alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor qəsəbəsi adlandırılıb. 1939-cu ildə Şəmkir şəhər tipli qəsəbə statusunu alıb. Qışı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi üstünlük təşkil edir. Çoxsaylı istixanaları ilə Azərbaycanı və xarici ölkələri meyvə və tərəvəzlər ilə təmin edən Şəmkir həm də maraqlı turizm regionudur. Göygöllə yanaşı, Şəmkirdə də iki yüz il əvvəl almanlar yaşayıb və onların zəngin mirası bu gün də hiss olunur. Bölgənin rəmzlərindən biri olan aşıq musiqisinə həsr olunmuş muzey və qədim Şəmkir qalasına baş çəkmək olar. Kiçik Qafqaza açılan Şəmkirdə mini Azərbaycan parkı da sizi təəccübləndirəcək. Şəmkirdə istixanalarda meyvə və tərəvəzlərlə yanaşı, Azərbaycanda yeganə holland qızılgülü yetişdirilir. Şəmkirin “Abidələr Parkı” Azərbaycan xəritəsi formasında hazırlanıb, Xəzər dənizini isə fəvvarələrlə bəzədilmiş hovuz təcəssüm etdirir. Buradakı bütün abidələr xəritədəki yerlərinə uyğun olaraq yerləşdirilib. Almanlar ona Annenfeld və ya Annino deyirdilər. Bizim üçünsə, o, sadəcə Şəmkirdir. Bir az nar, bir az üzüm və şərab, bir az Almaniya, bir az da tarix qoxan yurd yerimiz. Burada gəzib görə biləcəyimiz çox yer var. Turistləri, əsasən də əcnəbi səyahətsevərləri rayonda qorunan alman irsi maraqlandırır.