У нас вы можете посмотреть бесплатно Karpal tunel sindromu - Neyrocərrah Uzm.Dr. Röyal Mehtiyev или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Hospitalımızın Neyrocərrahı Uzm.Dr. Röyal Mehtiyev Neyropatiya növlərindən biri olan karpal tunel sindromu haqqında danışıb. Bizim sinir sistemimiz mərkəzi sinir sistemi və periferik sinir sistemindən təşkil olunub. Mərkəzi sinir sistemi baş-beyin və onurğa beynindən ibarətdir. Periferik sinir sistemi isə baş-beyindən və onurğa beynindən çıxan sinirlərdən ibarətdir. Baş-beynimizdən 12 ədəd kəllə siniri çıxır. Onurğa beynindən isə 31 ədəd sinir çıxır. Sinir sisteminin hər hansı bir narahatlığında bu sinirlər boyunca ağrılar meydana gələ bilər. Məsələn, deyək ki, baş-beyində bir problem varsa, o zaman kəllə sinirlərində bir problem yaranır. Ağrı meydana gələ bilir. Üzümüzdə, qulağımızda və müəyyən yerlərdə, gözətrafında ağrılar meydana gələ bilir. Əgər onurğa beynindən çıxan sinirlərdə bir problem yaranarsa, o zaman o sinirin qidalandırdığı sahələrdə ağrılar yaranır. Onurğa beynindən çıxan sinirlər bədənimizdə müəyyən kələflər meydana gətirir. Məsələn, bazu kələfi var, qarın nayihəmizdə kələflər var. Bu kələflərdən tək-tək sinirlər çıxır. Bunlardan biri dirsək siniri, biri orta siniri, incik siniri var və bu tip sinirlər var. Bu sinirlər bədənin hər hansı bir yerində müəyyən təzyiqlərə məruz qala bilir. Təzyiqlərə məruz qaldığı zaman neyropatiyalar yaranır. Müəyyən sindromlar yaranır. Bu sindromlara bağlı müəyyən şikayətlər ortaya çıxa bilir. İnsanlarda çox görsənən bu neyropatiya növlərindən birisi karpal tunel sindromudur. Karpal tunel sindromu əlimizin orta nayihəsindən keçən sinirlərin sıxışmasına, kompresiyasına bağlı yaranan bir sindromdur. Bu zaman nə olur? Baş barmağımızda və digər 3 barmağımızda ağrılar olur. Bu ağrılar ən çox gecələr olur. Biz ağrılar səbəbi ilə yuxudan oyanmış oluruq, ağrılar çox şiddətli olduğundan. Əlimizdə yanmalar ola bilir. Bunun xaricində əzələ atrofiyaları, gücsüzlüklər yarana bilir. Biz bunların diaqnozunu EMQ deyilən bir test var, EMQ tesi ilə qoyuruq. Yəni nə olur? Ələ elektrik kabelləri bağlanır. Amma burada çox düşük amplitudlu elektrik enerjisi istifadə olunur ki, insanları narahat etməsin. O sinirin gücü ölçülür və sinirin harada sıxışdığı haqqında məlumat əldə edirik. Diaqnozu dəqiqləşdirdikdən sonra biz onun müalicəsini planlayırıq. Müalicə də konservativ müalicə və cərrahi müalicədən ibarət ola bilir. Konservativ müalicə nədir? Müəyyən ağrıkəsicilər məsləhət görə bilirik. Bu yüngül dərəcədə olduğu zaman edilir. Bəzən bunlar orta dərəcədə və ağır dərəcədə olur və heç bir müalicəyə cavab vermir. Bu zaman isə biz onu cərrahi yolla sərbəstləşdiririk. O zaman nə edirik? Bu 2 şəkildə ola bilir: Endoskopik yolla və açıq cərrahiyyə yolu ilə. Əl biləyinin orta hissəsində kiçik bir kəsik açılır. Oradan girilərək sinir rahatladırılır. Ondan sonra ağrılardan azad olmuş olunur. Buna bənzər şəkildə, yəni karpal tunel sindromu kimi dirsək siniri də bəzən dirsək nayihəsinə sıxışa bilir. Yəni kompresiyaya məruz qala bilir. O zaman da bizim 4-cü və 5-ci barmaqlarımızda ağrı meydana gələ bilir. Bu zaman da nə edirik? Yenə ilk başda konservativ müalicəni yoxlamış oluruq. Konservativ müalicədən fayda görməsək, o zaman dirsək nayihəsində cərrahi müalicəni üstün tuturuq. Siniri azad etmiş oluruq və sinir rahatlamış olur. Ən çox görülən bunlardır: Karpal tunel sindromu və dirsək sinirinin sıxışması, yəni neyropatiya dediyimiz. Bədənin hər yerində sinirlər kompresiyaya məruz qala bilər. Bu kompresiyalar zamanı is, məsələn deyək ki, boyun siniri kompresiyaya məruz qalıbsa, qulaq arxasında və başımızın bir hissəsində ağrılar meydana çıxır. Ayağımızda tarsal tunel dediyimiz bir yer var. Tarsal tuneldə sıxışıqlıq, kompresiya meydana gələrsə, o zaman orada ağrılar meydana çıxır. Biz hər zaman cərrahini üstün tutmuruq. İlk başda konservativ müalicəni seçirik. Konservativ müalicədən fayda görmədiyimiz zaman cərrahi müalicə metodunu seçirik. Konservativ müalicə və cərrahi müalicəinin fərqləri nələrdir? Əlbəttə ki, insanlara cərrahi müalicə dediyimiz zaman qorxurlar. Cərrahi müalicəni seçmirlər. Amma bəzən sinirlər ciddi dərəcədə kompresiyaya məruz qalır və əzələlərdə atrofiya, yəni əzələlərdə quruma başlayır. Bu zaman biz əməliyyata məcburuq. Yəni onu əməliyyat edərək siniri rahatlatmaq məcburiyyətindəyik. Ona görə əgər əlinizdə ağrılar başlayıbsa, şikayətləriniz ciddiləşmədən, əzələ atrofiyaları yaranmadan, gücsüzlük yaranmadan bizlərə, neyrocərrahlara müraciət etməyiniz məsləhətdir ki, onun diaqnozunu zamanında qoyaq və müalicəsini zamanında edək. Yəni belə düşünək. Hər hansı bir xəstəlik və yaxud da ki, xəstəlik əlaməti varsa, zaman bizim əleyhimizə işləyir. Ona görə nə qədər tez zamanda müraciət etsək, o qədər yaxşı olar.