У нас вы можете посмотреть бесплатно QAŞINMA hansı Xəstəlikdən Xəbər Verir? - Orqanlar Danışır! или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#BirBax #sağlamlıq #qaşınma #allergiya Qaşınmanın 7 səbəbi. Qaşınma çoxlarına adi bir hal kimi görünsə də, bəzən hansısa bir xəstəlikdən xəbər verə bilir. Bunu bilmək üçün sizə bir neçə sual verəcəm. Gün ərzində neçə dəfə qaşınırsız? Qaşınma bədənin bir hissəsində olur, yoxsa bütün bədəniniz qaşınır? Allergiyadan tutmuş daxili orqanların xəstəliklərinə qədər bunun müxtəlif səbəbləri ola bilər. Bu gün həmin səbəbləri sizinlə birlikdə araşdıracağıq. Əminəm ki, bu araşdırmamız çox insanın işinə yarayacaq. Qaşınmanın tibbi adı “Pruritus”dur. Dəridə olan qıcıqlanma zamanı ən yaxşı üsul nahiyəni ürəklə qaşımaqdır. Məsələn; böcək dişləməsi, hansısa allergik təsirə malik maddə, yaxud toz, sızanaqlar qaşınmaya səbəb olur. Vaginal nahiyədəki qaşınma zamanı göbələk infeksiyasından şübhələnməyə dəyər. Gəlin qaşınmanın 7 səbəbindən danışaq. 1.Diabet. Şəkər xəstələrinin qan dövranı düzgün işləmir. Bədən uclarındakı sinirlər daim qana möhtac olur. Məsələn, diabetiklərin ayaqlarının altı tez-tez qaşınır. Bəzən vəziyyət o qədər pisləşir ki, periferik neyropatiya adlı problem meydana çıxır. Sinirlər ölməyə başlayır… Qaşınma yanma hissi ilə əvəz olunur. Ardınca da, şiddətli ağrılar başlayır. Nahiyəyə qan axımının tamamilə kəsilməsi halları ilə də rastlaşmaq mümkündür ki, nəticədə həmin hissə sonda amputasiya olunur. 2. Qaraciyər xəstəlikləri. Qaraciyər sirrozu və hepatit kimi narahatlıqlar qaraciyərin öd suyu istehsal etməsinə mane olur. Öd kanallarında qatılaşmış öd suyu yığılır. Zamanla qatılıq artır, kanalda bir növ öd palçığı əmələ gəlir. “Xolestaz sindromu” adlanan vəziyyət sağ qabırğanın altındakı şişkinliklə, sağ kürək sümüyünə vuran ağrı ilə özünü biruzə verir. Dərinin quruması və qaşınması da xolestaz sindromunun “həyəcan siqnalları”ndan biridir. Uremiya və böyrək funksiyasındakı digər pozulmalarda ödün “günahı” ola bilər. Məsələn, A vitamininin mənimsənilməsi üçün qaraciyər lazımi qədər öd suyu istehsal etməz, yaxud siz orqanizmin ehtiyacı olduğu qədər A vitamini qəbul etməzsiniz. D vitamini çatışmazlığı da ödlə bağlı narahatlıqlar yaradır. Dr. Erik Berq`in qənaətinə görə, “qaşınmanın səbəbləri siyahısı”nda qaraciyər və öd problemləri ilk sıralardadır. 3. Böyrəkdə ciddi problem varsa. Böyrəklərin funksiyası pozulan zaman orqanizm protein mübadiləsi məhsulları ilə zəhərlənir. Bu məhsulların dəridə yığılması qaşınma yaradır. İrəliləmiş böyrək xəstəlikləri yaşayanlar tez-tez qaşınma hiss edirlər; onların bir çox siniri xəsarət alır… 4.Paratiroid vəzilərindəki problemlər. Bu, qalxanabənzər vəzin ətrafındakı vəzilərdə yaranan problemə deyilir. Bu xəstəliyin bir əlaməti də qaşınmadır. Paratiroid vəzilər kalsiuma nəzarət edirlər. Əgər tiroid vəzi həddən artıq işləyirsə, qanda normadan artıq kalsium yığılır. Qan dövranı sayəsində artıq kalsium dəridə də depolanmağa başlayır. Sinir ucları bundan mənfi yöndə təsirlənir. Paratiroid vəziləri əməliyyatla götürülən insanlar uzunmüddətli qaşınmadan xilas olurlar. 5.Gənə dişləməsi. Gənələr dişlədikləri nahiyədəki həssaslığı azaldır, sonra başlarını daha dərinə soxurlar. Çox zaman gənə dişləməsi Laym xəstəliyinə gətirib çıxarır. Xüsusilə, meşədə, hündür çəmənliklərdə qaşınma başlayırsa, nahiyəni diqqətlə gözdən keçirin, dərinizdə gənə varmı, yoxmu əmin olun. Gənə dişləməsini dəqiq bilsəniz, lazımi tibbi yardımı almaqda gecikməzsiniz. 6. Orqanizmdə qırmızı qan hüceyrəsinin həddən artıq olması. Bu zaman da bədəndə qaşınma baş verir. Vəziyyətin tibbi adı “polisitemiya”dır. Polisitemiya zamanı qan dövranı pisləşir. Qan gəlib dəriyə çatmır, dəri oksigen qıtlığı yaşayır və möhtaclığını qaşıntı ilə biruzə verir. 7.Omega-3 və Omega-6 yağ turşularının disbalansı. Bədəndəki bu vəziyyət də dəridə qaşınmaya səbəb olur. Bu yağ turşuları öz aralarında daim rəqabətdədirlər. Şiddətli qaşınma o zaman yaranır ki, insan orqanizmində Omega-6 miqdarı Omega-3 miqdarından, təqribən, 20 dəfə çox olur. Həmən rasionunuzu dəyişdirməli, Omega-3 ilə zəngin qidalar qəbul etməlisiniz. Bu qidalar siyahısına yağlı balıqları, qoz və kətan toxumu aiddir. Qaşınmanı azaltmaq üçün nahiyəyə müxtəlif kremlər, nəmləndiricilər sürtə bilərsiniz. Lakin unutmayın ki, məsələni kökdən həll etmək lazımdır. Qaşınma həyat keyfiyyətinizi aşağı salırsa, həkimə müraciət etməkdə gecikməyin. Sonda alimlərin qaşınma ilə bağlı etdiyi maraqlı bir araşdırmanı da diqqətinizə çatdıracam. Əsnəmək kimi qaşınma da keçicidir. Alimlər, bir neçə siçana özünü qaşıyan siçan videoları göstəriblər. Videonu izləyən siçanlar da bədənlərini qaşımağa başlayıblar. Keçici qaşıntı beyində superxiasmatik nüvə adlı çox kiçik bir hissədə hərəkətə gəlir. Nevroloqlar hələ də beynin bu qədər kiçik bir hissəsinin qaşıntını görüb yaymasını izah edə bilmirlər.