У нас вы можете посмотреть бесплатно Müharibə veteranlarına müjdə - BAKU TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Müharibə veteranlarına müjdə - BAKU TV Müharibə veteranları üçün sosial hüquqlar və vergi güzəştlərinin siyahısı açıqlanıb. Belə ki, onlar aylıq 80 manat Prezident təqaüdü alacaqlar. Bu hüquq müharibə veteranı vəsiqəsi verildiyi gündən qüvvəyə minir. Hansı ayda təyin edilməsindən asılı olmayaraq, təqaüd 2022-ci il yanvarın 1-dən hesablanaraq vətəndaşın bank kartına köçürüləcək. Müharibə veteranları ən qısa zamanda özünüməşğulluq proqramına növbədənkənar cəlb ediləcək. Kiçik ailə təsərrüfatı və müəssisələrini qurmaları üçün aktivlərlə təmin olunacaqlar. Həçminin onların haqqı ödənilən ictimai işlər proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi mümkün olacaq. Bununla yanaşı, sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda start veriləcək. Bu dəstəkləri almaq üçün şəxsin aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyəti olmamalı və əyani təhsil almamalıdır. Yəni, işsizlik meyarlarına uyğun gəlməlidir. İmkandan yararlanmaq üçün şəxs onlayn qaydada “Məşğulluq” altsisteminə, yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir. Vergi Məcəlləsinə əsasən, Milli Qəhrəmanların, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, həlak olan, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, ərlərinin və övladlarının, eləcə də müharibə veteranı adı almış fiziki şəxslərin muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynlərinin muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri isə 100 manat məbləğində azaldılır. Baku TV 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir. 2021-ci ildə NETTY tərəfindən ilin İnternet və YouTube xəbər kanalı seçilib. Baku TV -nin əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri Azərbaycan və rus dillərində cəmiyyətə çatdırmaqdır. Pulsuz Elanlar: https://www.tut.az https://www.baku.tv / bakutvofficial https://t.me/bakutvxeber Twitter: / bakutvofficial Facebook: / www.baku.tv Instagram: / bakutvofficial ©2018 | 2021© All Rights Reserved ℗ Baku TV #BakuTv #bakutvxəbər #trend #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #newsandpolitics #xəbərlər