У нас вы можете посмотреть бесплатно İlham Əliyev və Mehriban Əliyeva “Ürək Mərkəzi”nin açılışında iştirak ediblər или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Martın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış oldular. Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya yeni səhiyyə müəssisəsi barədə ətraflı məlumat verdi. Nazir qeyd etdi ki, “Ürək Mərkəzi”nin yeni inşa olunan binası altımərtəbəlidir. Binanın ümumi sahəsi 13 min kvadratmetrdir. Bu səhiyyə ocağının inşasına 2015-ci ilin əvvəlində başlanılıb və tikinti-quraşdırma işləri bu yaxınlarda başa çatdırılıb. Mərkəzin ətrafında əsaslı abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib. Burada genişliyi və müasirliyi ilə diqqəti çəkən parkinq də fəaliyyət göstərəcək.