У нас вы можете посмотреть бесплатно NATO-dan təcili addım | Avropadakı HHM sistemləri Yaxın Şərqə göndərildi? - Baku TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
NATO-dan təcili addım | Avropadakı HHM sistemləri Yaxın Şərqə göndərildi? - Baku TV Yaxın Şərqdə münaqişənin gərginləşməsi ilə bağlı NATO öz hava hücumundan müdafiə sistemlərinin bir hissəsini Avropadan həmin regiona köçürmək qərarına gəlib. Bu barədə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı, general Aleksus Qrinkeviç bildirib. General qeyd edib ki, Aralıq dənizinin şərq hissəsində NATO müttəfiqlərini qorumaq üçün ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının tabeliyində olan HHM vasitələrindən istifadə olunurdu. Bu sistemlərin Yaxın Şərqə köçürülməsi ilə bağlı suala o, müsbət cavab verib. HHM sistemlərinin köçürülməsi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları ilə bağlıdır. Qrinkeviçin sözlərinə görə, Avropa Komandanlığı bu sistemləri münaqişə zonasına köçürərək, Avropada onların sayını artıq azaldıb. Bununla yanaşı, “Politico” nəşri Avropa İttifaqının Ukrayna Ordusu üçün zəruri olan HHM raketlərinin ehtiyatlarını tükəndirdiyini bildirib. Ukrayna silah tədarükünün, xüsusən də hava hücumundan müdafiə üçün son dərəcə vacib olan “Patriot” zenit raket kompleksi raketlərinin azalması ilə bağlı narahatlığını ifadə edib. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv NATO-dan təcili addım | Avropadakı HHM sistemləri Yaxın Şərqə göndərildi? - Baku TV 2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #bakutvxəbər #gündəm #yaxınşərq #gərginvəziyyət #nato #təciliaddım #avropa #hhm baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan