У нас вы можете посмотреть бесплатно Sidiyini içib sağalan insanlardan - ETİRAFLAR или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
İdrar orqanizmin özünütəmizləmə üsullarından biridir. İdrar sayəsində həzm prosesi və tənəffüs zamanı hüceyrələrdə istehsal olunan əlavə maddələr bədəndən xaric olunur. Proses ürəkdə başlayır. Qan, süzülməsi üçün böyrəklərə göndərilir. Duz, potasium, orqanizmə yararı olmayan bütün maddələr böyrəklərdə süzülür, təmizlənən qan təkrar ürəyə göndərilir. Böyrəklərdə qalanlar idrar vasitəsilə xaric edilir. İdrarın sarı rəngdə olmasının səbəbi tərkibindəki urobilin adlı maddədir. Kəhrəba rəngli idrar orqanizmin su qıtlığı çəkdiyini, daha açıq rəngli idrar isə suyun həddindən artıq içildiyini göstərir. Qədim Roma İmperiyasında idrar xəstəlik diaqnozunun qoyulmasında açar idi. Həkimlər sidiyin rənginə, qoxusuna və dadına görə xəstəlikləri sinifləndirirdilər. Orta əsrlərdə bu metod daha da məhşurlaşdı. İlk xoruz banında hamı oyanar, axşamdan ayrılıb qoyulan qaba işəyərdi. Sonra da bu qabları sərin yerdə saxlayar, gün bir boy qalxınca söyüd budaqlarından hörülən səbətlərə qoyub həkimə aparardılar. Orta əsrlərə aid rəssamlıq nümunələrində o dövr üçün tibbin simvolu sayılan sidik qabını görmək mümkündür. İdrar təzə-təzə yoxlanırdı, iki saatdan sonra təkrar diqqət yetirilirdi. İdrarın rəngi, qoxusu, dadı və köpüklənməsi qeyd olunur, sahibinin yaşı, cinsiyyəti və mövcud xəstəlikləri ilə uzlaşdırılırdı. Beləcə, idrar sahibinin orqanizmi haqqında məlumat əldə edilirdi. 1747-ci ilə aid “Böyük Mükəmməl Dünya Lüğəti” adlı kitabda Yohann Henrik Zedlerin idrar haqqındakı qeydləri idrarın tibbdəki rolunu bir az da məhşurlaşdırdı. Zedler yazırdı: “Heyvanların da, insanların da sidiyində faydalı elementlər var. Xüsusilə, insan idrarı müalicəvi gücə malikdir.” Bu sözlərin ardınca da Zedler öz siyahısını tərtib edib: Sidiyə kartof unu və kükürt tozu qataraq gözləməyə qoyulur. Bu qarışım başa çəkilərsə, saç tökülməsinin qarşısını alır. Oğlan uşağının sidiyi ilə naşatırı qarışdıraraq üzə çəkmək üzdəki tünd rəngli ləkələri yox edir. Dəfnə yarpağı tozu, ərəb qumu və isti uşaq sidiyi qarışdırılır. Bu məlhəm gözə mirvari suyunun gəlməsinin qarşısını alır. Uşaq sidiyinə bal qatılır. Bu qarışımla tez-tez gözlər yuyularsa, göz allergiyaları müalicə olunar. Uşaq sidiyini damızdırmaqla qulaq iltihabını müalicə etmək olur. Qulağa həşərat girərsə, yaşlı insan sidiyi ilə soğan suyunu qatıb damızdırın. İnsan sidiyinə zəfəran qatıb qarqara etməklə boğaz iltihabından yaxa qurtarmaq olur. Oynaqların titrəməsi zamanı gündə bir neçə dəfə oynaqları sidiklə ovuşdurun. Orqanizmə su yığılanda insan bir neçə gün səhər öz sidiyini içməlidir. Beləcə, bədəni təmizlənər. Aybaşı pozğunluğu yaşayan qadınlar oğlan uşağı sidiyinə isti-isti əzilmiş sarımsaq qataraq üstündə otursa, sağalar. Hər gün öz sidiyindən bir az içmək insanın vəba xəstəliyinə yaxalanma riskini azaldır. Arı sancan nahiyəni sidiklə yumaq faydalıdır. Bel və əzələ ağrılarına keçi sidiyi müsbət təsir edir. Səhər erkəndən keçinin ağzını möhkəmcə tutun. O, qorxusundan işəyəcək. Keçi sidiyi qabda bir müddət gözləməyə qoyulur. Sonra distillə edilir. Əldə edilən duz su ilə qarışdırılıb qaynadılır. Hər səhər 20-25 damcı içilir. İslamda da sidik içmək daim müzakirə mövzusu olub. Hədislərin birində Məhəmməd Peyğəmbərin bir qrup insana dəvə sidiyi içməyi buyurduğu rəvayət edilir (əl-Buxari, 233). İbn-Sinanın da dəvə sidiyinin müalicəvi xüsusiyyətlərindən xəbərdar olduğu deyilir. Maraqlıdır, bəs müasir dünya idrar içmək haqqında nə düşünür? Elmi yanaşmalara keçmədən öncə diqqətinizi bəzi insanlara yönəltmək istəyirəm. İngiltərədə yaşayan 54 yaşlı Dave Murphy arıqlamaq üçün 30 gün öz sidiyini içib. Dediyinə görə, sidik içdiyi günlərdə özünü daha sağlam hiss edib və 50 kilo arıqlayıb. Şotlandiyada yaşayan Faitih Canter də Dave Murphy ilə eyni fikirdədir. O, ağcaqanad dişləyən gözünü sidiklə müalicə edib. Bundan sonra o, hər gün 12 stəkan su ilə yanaşı 2 stəkan sidik içməyə qərar verib.