У нас вы можете посмотреть бесплатно Azərbaycanda surroqat analıq təklifi. Daşıyıcı ananın hekayəsi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Bəziləri üçün gəlir mənbəyi, bəziləri üçün arzusunu gerçəkləşdirməyin yeganə yolu. Surroqat, yəni daşıyıcı ana. Başqa sözlə, pul qarşılığında başqası üçün övlad dünyaya gətirən qadın. Biz belə hadisələri əsasən xarici filmlərdə görmüşük. Amma real həyatda da sayları az deyil. Bir çox ölkələrdə surroqat analar kifayət qədərdir. İndi sizi onlardan biri ilə tanış edəcəyik. Türkiyəlidir. Başqasına övlad bəxş etmək üçün hamilədir. Ailəyə sevinc yaşadır, qarşlığında isə gəlir əldə edir. Azərbaycanda da belə hallar qeydə alınmağa başlayıb. Surroqat analıq bəziləri üçün biznes halına gəlir. Sosial şəbəkələrdə azərbaycanlı qadınları bu işə cəlb etmək istəyən səhifələr var. Külli miqdarda pul qarşılığında qadınlara daşıyıcı ana olmaq təklif edilir. Bəlkə də kimin üçünsə bu, insanın öz seçimidir. Bəs, mənəvi cəhətdən? Biz kimisə buna görə qınamaq fikrindən çox uzağıq. Sadəcə Azərbaycandakı vəziyyəti öyrənməyə çalışdıq. Bir qadını dünyaya gətridiyi uşağı başqasına verməyə nə vadar edir? Surroqat analara kimlər müraciət edir? Ölkəmizdə daşıyıcı ana olmağa qanunla icazə varmı? Çox həssas və mürəkkəb məsələyə nəzər salırlq. Bizi İzləyin: Whatsapp: https://bit.ly/457kdup Facebook: https://bit.ly/3H6GtMT Instagram: https://bit.ly/46wEkoi Teleqram: https://bit.ly/3INUKP2 Sayt: https://bit.ly/3UzGQme Copyright © İCTİMAİ TV