У нас вы можете посмотреть бесплатно Müşfiqi Dilbərə görə güllələyiblər? - Onu ölümə kim və niyə göndərib? - Faktlar! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Dilbər Müşfiqdən sonra yaşadığı kişi ilə rəsmi nikaha girməyib - Gizlinlər O, çox gözəl idi. Bir gün buraxılışda saçını arxaya atanda Müşfiqin üzünə dəyməsəydi, bəlkə də evlənməyəcəkdilər, bəlkə də o saçı leyladan ayrılmaq çətin olmayacaqdı. Bu adam bir qara dağlının sevgilisi, Müşfiqin yanında qala bilməyən Dilbər Axundzadədir. Foto... Dilbər Hacı qızı Axundzadə 29 may 1914-cü ildə Gəncə şəhərində anadan olub. O, körpə olanda valideynləri ayrılır. Dilbər atası ilə qalır. Atası ikinci dəfə ailə qurur. Əmisi tərcüməçi-dilçi alim İdris Axundzadə Hüseyn Cavid və Əhməd Cavadla yaxın dost imiş. Bir dəfə İdris Axundzadə Gəncəyə qardaşıgilə gedəndə görür ki, qardaşıqızı üçün ata evində ögey anası ilə çox çətindir. İdris Axundzadə çox düşünmədən onu özü ilə Bakıya gətirir. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşayır. Dilbərin əmisinin arvadı Fəramüş Mikayıl Müşfiqlə tələbə yoldaşı idi. Fəramüş institutu bitirmələri münasibətilə APİ-də təşkil olunan buraxılış gecəsinə bacısı Həcəri və qaynı qızı Dilbəri də aparır. Dilbər ilk dəfə orada Mikayıl Müşfiqi görür. Buraxılış gecəsi başlayanda Müşfiq bilərəkdənmi, yoxsa təsadüfənmi Dilbər xanımdan arxa cərgədə, düz onun tuşunda oturur. Dilbər xanımın uzun hörükləri varmış, onu arxaya atanda Müşfiqin üzünə toxunur. Müşfiqin Dilbər xanıma həsr etdiyi ilk şeiri elə hörüklərlə bağlı olub: Xeyir, hörüklər deyildi ilan deyildi, O, əski şairlər yalan deyirdi. Dilbər xanım Əli Nəzminin qızı Pirayə xanımla bir oxuyurdu, yolda Müşfiq onu görür, xəbər alır. Pirayə xanım da deyir ki, elə indi Dilbərin yanındaydım, oradan gəlirəm. Soruşur Dilbər neyləyirdi? Pirayə xanım da deyir ki, yatmağa hazırlaşırdı. Müşfiq qayıdır ki, səndən bir xahişim var, get onlara bax gör, onun hörükləri yorğanın altındadırsa, onları çıxarıb yorğanın üstünə qoy. 1932-ci ilin aprelində onlar nişanlanırlar. Nişanda Hüseyn Cavid həyat yoldaşı Müşgünaz xanım, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahim, həmçinin məşhur müğənni Bülbül də iştirak edir. 1933-cü ilin iyunun 20-də isə onlar ailə həyatı qururlar. Onların Yalçın adlı övladları doğulur. Lakin, o, xəstəlikdən dünyasını dəyişir. Müşfiq məşhur tarzən Qurban Primovla dost idi. Tarın qadağan edilməsi onun üçün bir faciə idi. Çünki Müşfiqin özü də tarı çox sevirdi. Yaxşı ifa etməyi bacarmasa da, Dilbər xanım da tar çalmağı bacarırdı. Qurban Primov "Yetim segah"ı ifa edir, Müşfiq isə bu ifada məşhur "Oxu tar" şeirini yazır... 1937-ci il repressiyaları zamanı Müşfiq iyunun 4-də evində həbs edilir. Dilbəri Müşfiqdən sonra, 1937-ci ilin noyabrında həbs edirlər. Qadınlar saxlanılan ümumi kamerada saxlanılır. Bəzi versiyalara görə, Dilbər Axundzadə gözəl qadın olduğuna görə, onu əldə etmək üçün Müşfiqi aradan götürmək istəyiblər. Burada hətta Mircəfər Bağırovun da adı hallandırılır. Digər versiyaya görə, Müşfiqin gənc yaşında ikən ölkədə tanınması, ard-arda uğur qazanması onun həmkarları tərəfindən qısqanılmasına və satılmasına səbəb olur. Dilbər Axundzadə də ikinci faktı təsdiqləyir: Dilbərə də həbs olunandan sonra olmazın işgəncələr verilir. Onunla eyni kamerada dustaq həyatı yaşayan qadınlardan biri öz xatirələrində yazır: “Bütün gecə gözümü yummadım. Dilbər özündə deyil. Onu xəstəxanaya, düz bizim üstümüzdəki bir nəfərlik palataya apardılar. Dünən ona iynə vurdular və sakitləşdirdilər. O, axşama kimi yatdı. Gecə hər şey yenidən başladı. Səhərə kimi kamerada ayaq döydü, nə isə deyirdi, isterika içində çırpınırdı. Sözlərini tam anlamaq olmurdu. “Müşfiq gəlsin... Atamı çağırın... Atama deyin ki, məni buradan aparsın... Sevdiyim üçün ölərəm... Burada hamı hesab edir ki, mən dəli olmuşam... Ay Allah, onlar deyir ki, sən yoxsan, mənə rəhm et...” O, nəvazişlə Müşfiqlə danışırdı, sanki o kamerada idi. Sonra yenə qışqırır və yenə də isterikaya düşürdü. O, Gəncəyə, anasının yanına gedir və uzun müddət orada müalicə olunur. İlk vaxtlar o heç nə danışmır, heç nə anlamır, nə özünün, nə də Müşfiqin kim olduğunu bilmir... Həkimlər ona yeni həyata başlamağı, ailə qurmağı məsləhət gördülər. Sağalandan sonra Dilbər Axundzadə ailə həyatı qurur. Onun bir qız övladı doğulur. Qızının bir yaşı olanda həyat yoldaşı dünyasını dəyişir. Qızı Leyla Axundzadə müsahibəsində deyir ki, o, ikinci həyat yoldaşı ilə rəsmən nikaha girməyib, dini kəbinləri olub. Dilbəri ən çox istəyənlərdən biri Mikayıl Müşfiqin bacısı Balacaxanım idi. Ağır xəstəlikdən sonra son nəfəsində o, can verə bilmir, Müşfiqin şəklini qucaqlayır. Nəhayət qərara gəlirlər ki, Dilbəri onun yanına aparsınlar. Gecə gəlib Dilbər xanımı aparırlar, Balacaxanım onu görən kimi rahatlanıb gözlərini yumur. Bakıda yaşamağa başlayan Dilbər şairəliklə məşğul olub, Mikayıl Müşfiqə həsr olunan kitab yazıb. Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayıb. 1990-cı ildə Müşfiqin təbiri ilə desək, “təbiətin ən şux şaqraq zamanı”nda, Bakıda gözlərini dünyaya əbədi yumur...” .